ABŞ Rusiyanın Kemerovo şəhərində baş verən dəhşətli yanğınla bağlı Kremlə başsağlığı verib.
Axar.az xəbər verir ki, başsağlığı zəngi Ağ Ev rəsmilərindən biri tərəfindən edilib.
“Mənə icazə verin reqlamentdən kənara çıxım və bizim telefon danışığımıza aid olmayan bir neçə söz deyim. Mən Amerika xalqı adından Kemerovoda baş verən faciə ilə bağlı başsağlığımı bildirmək istəyirəm. Bu xəbər ürəyi parçalayır”, – Ağ Ev rəsmisi deyib.
Telefon danışığı Ağ Ev rəsmisinin Kremlə rus diplomatların ölkədən çıxarılması ilə bağlı məlumat verilməsi ilə bağlı baş tutub.
Qeyd edək ki, dünən Kemerovo şəhərinin “Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli yanğın nəticəsində 64 nəfər həlak olub.
araz.az xəbər portalı.