1611049324 20210119 134039

Bir neçə gün bundan öncə GundemXeber.Az saytının redaksiyasına 1970-ci il təvəllüdlü, heç bir sahədə əmək fəaliyyəti ilə məşğul olmayan və hal-hazırda Sumqayıt şəhəri, “BTZ Bağları”, ev-280 ünvanında yaşayan Hüseynov Nəvvab Rəhman oğlu tərəfindən şikayərt ərizəsi daxil olub. Adı çəkilən bu şəxs yazmış olduğu ərizəsində qeyd edir:

“İşğalçı erməni silahlı dəstələri dədə-baba torpaqlarımızı qəsb etməyə başlayarkən, mən 22 dekabr 1992-ci ildə “N” saylı hərbi hissəyə könüllü daxil oldum və ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğurunda davam edən döyüş əməliyyatlarında da yaxından iştirak etdim. 04 yanvar 1994-cü il tarixdə isə, Ağdam rayonunun Güllücə kəndi uğrunda davam edən döyüş əməliyyatları zamanı yaxınlığıma düşən mərminin partlaması səbəbindən, bədənimin müxtəlif nahiyələrinə çoxsaylı qəlpələr daxil oldu. 04 yanvardan 11 yanvar 1994-cü ilə kimi MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zaman yaralanmağıma əsas, məhz bədənimin müxtəlif nahiyələrinə daxil olan qəlpələrin varlığı əsas götürüldü.

Sumqayıt səhiyyəsinin müdiri müharibə iştirakçısından 6 min rüşvət tələb edən həkimi müdafiə edib-VİDEO/FAKT

Həmin vaxtdan indiyə kimi bədənimin müxtəlif hissələrində çoxsaylı qəlpələrin olmasına baxmayaraq, mənə düzgün diaqnoz qoyulmur. Son dörd ildir ki, vəziyyətim getdikcə ağırlaşmaqda davam edir. Belə bir səbəb üzündən də, 2018-ci ilin fevral ayında Müdafiə Nazirliyinə müraciət etmək məcburiyyətində qaldım. Etdiyim müraciətdən sonra məni MN-i HHK-na göndərsələr də, bu səhiyyə müəssisəsində də mənə dəqiq diaqnoz qoymadılar. Yəni, mənimlə bağlı MN-i HHK-sı 28 dekabr 2018-ci il və 22 fevral 2019-cu il tarixlərdə “Hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” deyə qərar verdilər. Düzdür, adı çəkilən komissiya mənimlə bağlı iki dəfə qərar versə də, həmin qərarlarla heç bir halda razılaşmadım. Elə ki, 29 mart 2019-cu il tarixdə Sumqayıtdakı 3 saylı Şəhər Poliklinikasında rentgen olundum, o halda hər şey güntəki aydın oldu. Yəni, bu səhiyyə müəssisəsində rentgen olunan zaman MN HHK-ı üzvlərinin məndən gizli saxlamağa çalışdıqları travmalar aşkar olundu. Düzdür, 3 saylı Şəhər Poliklinikasında da mənə qarşı müəyyən “oyun oynadılar”.

Sumqayıt səhiyyəsinin müdiri müharibə iştirakçısından 6 min rüşvət tələb edən həkimi müdafiə edib-VİDEO/FAKT

Belə olan halda bu səhiyyə müəssisəsinin baş həkimi Elçin Zeynalova kəskin etirazımı bildirdim, o halda onlar məcbur olub məni​ Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərdilər. Elə ki, bu səhiyyə müəssisəsində həm rentgen olundum, həm də müayinədən keçdim, o halda bəlli oldu ki, onurğamın döş və bel şöbəsinin kökləri də travma alıb.

​ ​ Onu da qeyd edim ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğurunda davam edən döyüş əməliyyatlarının gedişi zamanı, aldığım xəsarətlərə dəqiq diaqnozun qoyulması üçün Sumqayıtdakı 3 saylı Şəhər Poliklinikasının baş həkimi məndən 6 (altı) min manat rüşvət istədi. Belə bir məbləği verə bilmədiyimdən, adı çəkilən bu səhiyyə müəssisəsində sənədlərimə saxtakarlıq etdilər. Yəni, sənədlərimi yazan sahə həkimi İlqar Paşayevə bildirdim ki, niyə aldığım travmaların hamısını yazmadın və yalnız özünüzün qeyd etdiklərinizi sistemə yerləşdirdin. Belə bir sualıma o, “Sən 6 (altı) min manat pulu çatdırmasan əliliyin də düzəlməyəcək” ​ deyə cavab verdi. İlqar Paşayevin bu cür cavabından sonra Sumqayıt Səhiyyə İdarəsinin rəisi Səkinə xanım Sadıxovanın qəbulunda oldum və ona üz-üzə qaldığım problemlərin varlığını çatdırdım. Təəssüflər olsun ki, idarə rəisi vəzifəsini daşıyan Səkinə xanım hər iki rüşvətxor həkimin mövqeyini müdafiə etdi və açıq-aşkar şəkildə “Get kimə istəyirsən şikayətini et. Hətta, istəyirsən get Prezidentə də şikayət et, son anda heç bir xeyri olmayacaq” cavabını verdikdə, sanki şoka düşdüm”.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/6oftPJCdFCs’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

Hörmətli oxucular!​ Biz belə bir problemin mahiyyətini eşidib dinlədikcə, sanki nə edəcəyimizi, hansı addım atacağımızı ilk əvvəl müəyyən edə bilmədik. O halda öz-özümüzə sual etdik ki, görəsən canını, qanını, sağlamlığını bu Vətən yolunda “qurban verən” belə igid oğullarımıza qarşı ögey münasibətin kökündə hansı amillərin varlığı durur? Deməli, Sumqayıt Səhiyyə İdarəsinin tabeçiliyində çalışanları hələ də Vətən sevgisi, xalqına bağlı olmaq hissi düşündürmür ki, onlar bu gün də iyrənc əməllərindən əl çəkmirlər.

​ Bu yöndə araşdırmamız davam edəcək.

 
GundemXeber.Az

araz.az xəbər portalı.