2020-ci ildə Ermənistanda ən çox vergi ödəyən şirkətlərin siyahısı açıqlanıb.
araz.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Ermənistanın Milli Statistika Xidməti 2020-ci ildə ən çox vergi ödəyən şirkətin Vardanyan ailəsinə məxsus “Grand Tobacco” olduğunu açıqlayıb.
“Grand Tobacco” şirkəti il ərzində dövlət büdcəsinə 50,7 milyard dram (97,1 milyon dollar) vergi ödəyib. Ermənistanın ən böyük vergi ödəyiciləri sırasında 4-cü yeri Azərbycanın Kəlbəcər rayonu ərazisində yerləşən “Zod” qızıl mədənini qanunsuz şəkildə istismar edən Rusiyanın “GeoProMiningGold” şirkəti tutub. “GeoProMiningGold” şirkəti ötən il büdcəyə 23 milyard dram (44 milyon dollar) vergi ödəyib.
Qeyd edək ki, ötən ilin noyabr ayının 25-də Ermənistan qoşunları işğal etdikləri Kəlbəcər rayonunu tərk edib. Bu tarixdən sonra “GeoProMiningGold” şirkətinin istismar etdiyi “Zod” qızıl mədənini təxminən 70%-i Azərbaycan ərazisində qalıb.
araz.az xəbər portalı.