Dünən Moldovanın paytaxtı Kişinyov şəhərindəki “Kortyard Mariott” hotelinin konfrans zalında 20 Yanvar faciəsinin qurbanlaının xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin və Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutub.
Səfirlikdən araz.az-a daxil olan məlumatda bildirilir ki, bu tədbirdə Moldovadakı Azərbaycan diasporunun nümayəndələri, rəsmilər, bu ölkədə diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, tələbələr və yerli KİV nümayəndələri iştirak ediblər.
Öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra, Moldova Azərbaycanlıları Konqresinin müavini Ramiz Ənsərov, Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun konfrans iştirakçılarına Müraciətini oxuyub.
Səfirin Müraciətində qeyd edilib: “20 Yanvar Azərbaycan xalqının milli iradəsinin əyilməməzliyinin rəmzidir. Bu faciəni törətməklə, Sovet İmperiyasının rəhbərliyi Azərbaycan xalqının iradəsini və qürurunu sındırmaq istəyirdi. Lakin buna nail ola bilmədi. Güclü iradəyə malik olan xalqımız bütün dünyaya göstərdi ki, tarixin ən əlamətdar məqamlarında yumruq kimi birləşib, milli maraqlarını müdafiə etməyə qadirdir. Xalqımız bunu, bir daha, 44-günlük Vətən Müharibəsində də nümayiş etdirdi. Bir yumruq kimi xalqın lideri, Prezident İlham Əliyevin ətrafinda birləşərək, öz ərazi bütövlüyünü bərpa etdi, Azərbaycanın mənfur düşmən tərəfindən işğal olunmuş ayrılmaz hissəsini — Dağlıq Qarabağı qaytardı!”.
Ramiz Ənsərov öz çıxışında, düz 31 il əvvəl, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə baş verən bu qanlı hadisədən söz açıb və qeyd edib ki, Moldovadakı Azərbaycan İcması xaricdə yaşayan gənc azərbaycanlıların xalqımızın tarixinə düşən bütün əlamətdar hadisələri hörmət və ehtiramla anması və xatırlaması üçün böyük işlər aparır.
Moldova Parlamentinin deputatı, Moldova Prezidentinin seçildiyi “Hərəkət və Həmrəylik” Partiyasının sədri İqor Qrosu isə öz çıxışında, öncə, dəvətə görə Konqresə təşəkkür edib və Sovet İttifaqının dağılmasından sonra, postsovet ölkələrindəki proseslərə toxunaraq, Moldovanın və Azərbaycanın müstəqilliyinin formalaşma tarixinin oxşarlığını və hər iki ölkənin suverenliyinin layiqli oğullarının canı bahasına əldə olunduğunu qeyd edib.
Moldovadakı Qaqauziya İcmasının rəhbəri Nikolay Terzi öz çıxışında Ulu Öndər Heydər Əliyev ilə görüşünü xatırlayıb, Azərbaycan xalqını ölkəsinin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib. Azərbaycan və qaqauz xalqları arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin olduğunu xüsusi vurğulayıb. O, onu da qeyd edib ki, qaqauzlar hər zaman azərbaycanlıların yanında olub, kədər və sevincini bölüşüblər.
Moldovadakı Dağ Yəhudiləri Assosiasiyasının nümayəndəsi Roman Aronov isə öz çıxışında qeyd edib ki, Azərbaycan xalqı öz cəsarəti və əyilməməzliyi ilə müatəqilliyini qazanıb. O, tarix boyu iki xalqın başına gələnlərdən, keçdikləri sınaqlardan bəhs edərək, Azərbaycan və yəhudi xalqları arasındakı dostluğa da toxunub.
Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitabların müəllifi Dmitri Tereburke qeyd edib ki, XX əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda gedən proseslər Sovet İttifaqında milli hərəkatın başlanğıcını qoyub və bu İttifaqın sonunu təyin edib. O, Azərbaycan xalqını Qarabağ münaqişəsinin həlli münasibətilə təbrik edib və bu hadisənin bütün bölgə üçün əhəmiyyətini xüsusi qeyd edib.
Tədbirdə həmçinin Konqresin nümayəndələri Maarif Rəhimov, Zamir Qubadov və Ağası Məmmədli çıxış ediblər. Natiqlər tədbir iştirakçılarına şahidi olduqları dəhşətli 20 Yanvar hadisələri haqqında danışıb və qeyd ediblər ki, hər bir azərbaycanlı üçün, bu gün, eyni zamanda dövlətçilik naminə qürur, əyilməməzlik və fədakarlıq rəmzidir.
Tədbirin sonunda qanlı 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub və faciə qurbanlarının xatirəsinə ehsan verilib.
Onu da qeyd edək ki, bu tədbir Moldovanın KİV-ində də geniş işıqlandırılıb.
[bt_slider uid=”1611180976-6008abb0f3e88″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-01-21 at 00.36.47 (1).jpeg” title=”WhatsApp Image 2021-01-21 at 00.36.47 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-01-21 at 00.35.56.jpeg” title=”WhatsApp Image 2021-01-21 at 00.35.56.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-01-21 at 00.34.51.jpeg” title=”WhatsApp Image 2021-01-21 at 00.34.51.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-01-21 at 00.42.05.jpeg” title=”WhatsApp Image 2021-01-21 at 00.42.05.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-01-21 at 00.42.46.jpeg” title=”WhatsApp Image 2021-01-21 at 00.42.46.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-01-21 at 00.35.16.jpeg” title=”WhatsApp Image 2021-01-21 at 00.35.16.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-01-21 at 00.36.47.jpeg” title=”WhatsApp Image 2021-01-21 at 00.36.47.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-01-21 at 00.36.46.jpeg” title=”WhatsApp Image 2021-01-21 at 00.36.46.jpeg” link=”” parent_tag=”slider”][/bt_slider]
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
REDAKSİYADAN:
Həmin tədbir barəsində rus dilində olan yazını da oxucularımızın diqqətinə çatdırırıq:
“20 января в Кишиневе в конферанс зале «Кортъярд Марриотт отель» состоялась
\научно-практическая конференция, посвященная памяти жертв трагедии 20 января 1990 года.
Мероприятие было организовано Посольством Азербайджанской Республики в Республике Молдова совместно с Конгрессом азербайджанцев Молдовы. В конференции приняли участие представители азербайджанской диаспоры Молдовы, официальные лица, представители дипломатического корпуса, общественно-политические деятели, студенты, а также представители местных СМИ.
Вначале мероприятия заместитель Председателя Конгресса Рамиз Ансаров зачитал обращение Посла Азербайджана в Молдове Гудси Османова к участникам конференции. В обращении Посла отмечалось, что 20 января является символом несгибаемости духа нашего народа.
«Совершив трагедию 20 января Советское руководство попыталось сломать волю и гордость азербайджанского народа. Но им это не удалось.Наш сильный духом народ показал всему миру, что в самые знаковые моменты истории способен собраться в единый кулак и защитить свои национальные интересы. Это в очередной раз азербайджанский народ продемонстрировал во время 44-дневной Отечественной войны, объединившись как единый кулак вокруг своего лидера Президента Ильхама Алиева и восстановив свою территориальную целостность, вернув неотъемлемую часть Азербайджана – Нагорный Карабах», – говорилось в обращении Посла.
Представитель конгресса Рамиз Ансаров в своей речи рассказал о кровавых событиях в ночь с 19 на 20 января и отметил, что община прилагает большие усилия, чтобы молодое поколение азербайджанцев, проживающие за рубежом помнили и чтили все знаковые события истории своего народа.
Депутат Парламента Молдовы, председатель партии
«Действие и Солидарность», от которой была избрана действующий Президент Молдовы М.Санду, Игорь Гросу в своем выступлении поблагодарил Конгресс за приглашение и коснувшись процессов в постсоветских странах после развала Советского Союза, отметил, что истории становления независимости Молдовы и Азербайджана схожи и обе страны заплатили жизнями своих достойных сыновей за свой суверенитет.
Председатель Гагаузской общины в Молдове Николай Терзи в своем выступлении рассказал о теплой встрече с общенациональным лидером азербайджанского народа Гейдаром Алиевым, поздравил азербайджанцев с восстановлением территориальной целостности и подчеркнул близкие родственные связи азербайджанского и гагаузского народов. Он отметил, что гагаузы разделяют боль и радость азербайджанского народа.
Представитель Ассоциации Горских евреев в Молдове Роман Аронов отметил, что азербайджанский народ своей храбростью и несгибаемостью заслужил свою независимость. Он также коснулся дружбы между азербайджанским и еврейским народами, рассказав об испытаниях которые выпали на долю двух народов на протяжении истории.
Автор книги про конфликт в Нагорном Карабахе Дмитрий Тэрэбурке отметил, что процессы происходящие в Азербайджане в конце 80-х – начале 90-х гг. ХХ века стали началом национального движения по всему Советскому Союзу и определили его конец. Он поздравил азербайджанский народ с решением Карабахского конфликта и отметил важность данного события для всего региона.
Также на мероприятии выступили представители Конгресса Маариф Рагимов, Замир Губадов, Агасы Мамедли и другие. Выступающие рассказали гостям мероприятия о страшных событиях 20 января, свидетелями которых они стали и отметили, что этот день для каждого азербайджанца в то же время является символом гордости, несгибаемости и самоотверженности во имя государственности.
В конце мероприятия участникам конференции был продемонстрирован документальный фильм, посвященный событиям «Черного января».
В память о жертвах трагедии был дан эхсан.
Мероприятие было широко освещено в Молдавских СМИ.
araz.az
araz.az xəbər portalı.