“Banda lideri Aslan Byutukayevin Çeçenistanda məhv olunan dəstəsinin tərkibində Ukraynadan gələn silahlılar da var idi”.
araz.az Ovqat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Terrorla Mübarizə Komitəsi məlumat yayıb.
“Xüsusi əməliyyatlar zamanı [son bir il ərzində], Byutukaev dəstəsinin 16 üzvü zərərsizləşdirildi, bunların arasında Ukraynadan gələn silahlılar da vardı. Beləliklə, vaxtında görülən tədbirlər nəticəsində çoxsaylı cinayətlərin törədilməsinin və insanların ölümünün qarşısını almaq mümkün oldu ”, – rəsmi açıqlamada belə deyilir.
araz.az xəbər portalı.