sehid 1

44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun daha bir itkin düşmüş hərbçisinin şəhid olduğu aşkarlanıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan tabor komandiri, polkovnik-leytenant Atəm Əliyevin nəşi tapılıb.

Polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlu 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub. O, həyatının 20 ilini Azərbaycan Ordusuna həsr edib.

Vətən müharibəsində taboru ilə birlikdə Murovdağdakı bir çox yüksəkliklərin alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşmüşdü.

Ailəli və iki övladı var idi.

/sizinxeber.az/

araz.az xəbər portalı.