mekteb

Fevralın 1-dən ibtidai siniflər üçün ənənəvi tədrisin bərpa edilməsi ilə bağlı təlimat məktubları artıq bütün məktəblərə göndərilib.

Dərslər bu təlimatlara uyğun qurulacaq.

Bunu Axar.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, dərs cədvəllərini hər bir məktəb özü quracaq:

“Pandemiya səbəbindən karantin rejimində tətbiq edilən əvvəlki qaydalara uyğun olaraq ibtidai siniflər üçün tədris bərpa ediləcək. Dərslərin hansı günlər keçirilməsi isə nümunəvi cədvəllərə uyğun olacaq və hər bir məktəb öz cədvəlini özü quracaq. Cədvəllər yəqin ki, bu həftə ərzində bəlli olacaq və valideynlərə açıqlanacaq”.

araz.az xəbər portalı.