Polis polkovniki Samir Həsənov Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
araz.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Xatırladaq ki, S.Həsənov bir neçə gün öncə Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.
Samir Həsənov Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.
araz.az xəbər portalı.