Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinə başçı təyin olunmuş Quliyev Məhərrəm Böyükağa oğlunun adı ətrafında dolaşan söz-söhbətlər, son vaxtlar bir daha ölkə gündəmini zəbt etməkdə davam edir.
Diqqəti cəlb edən hal odur ki, bu şəxs hal-hazırda da daha çox ictimai qınağa “tuş gəlmək”dədir. Buna əsas səbəb, Məhərrəm Quliyevin vaxtilə yiyələndiyi ideologiyadan bu gün də ayrıla bilməməsidir. Çünki, gənc yaşlarından “Talış Muğan Respublikası” yaratmaq eşqinə düşən seperatçıya dəstək olmaqla bərabər o, eyni zamanda gənclər arasında Əlikram Hümbətovun əsas təbliğatçılarından da biri olur. Bunun üçün Məhərrəm Quliyev Lənkəranda həmyaşıdları arasında Əlikram Hümbətovun “ideyaları”nı aktiv şəkildə təbliğ edir ki, müəyyən vaxtdan sonra ümumi məqsədlərinə nail ola bilsinlər. Bu gün hər kəs üçün əhəmiyyət kəsb edən məsələ ondan ibarətdir ki, hazırda icra başçısı vəzifəsini daşıyan Məhərrəm Quliyevin vikipediya məlumatlarında onun həqiqi-hərbi xidmətdə olmasına dair heç bir məlumat yoxdur. Düşünürük ki, belə bir amillə bağlı onun özü lazımi məlumatlara sahibdir. Belə olan halda sual oluna bilər ki, görəsən Məhərrəm Quliyevin yaş həddi çatsa da, 1990-cı illərin əvvəllərində baş verən Qarabağ müharibəsi zamanı o, haralarda olub? Yəqin ki, ermənilər separatçılar arasında satqınları taparkən, Əlikram Hümbətov onlara maliyyə dəstəyi verərkən, hətta Cənub bölgəsinin nüfuz sahibi olan insanların bir araya gəlməsini təşkil edərkən, Məhərrəm Quliyev yaranmış şəraitdən ustalıqla istifadə edir. Deməli, gənc yaşlarından belə bir əməl və amal sahibi olan bu şəxsdə, heç zaman vətənpərvərlik hissi, xalqına bağlılıq duyğusu formalaşa bilməz.
Ölkə mediasinda yayılan məlumatlarda o da qeyd olunub ki, bu şəxsin belə bir işlərlə məşğul olduğu vaxtlarda Əlikram Hümbətov Məhərrəm Quliyevin atası Böyükağa Quliyevin vasitəsilə Masallı rayon sovetinin sədri vəzifəsini daşımış Novruz Novruzova müəyyən ismarıclarını çatdırır və onu da tapşırır ki, “Rayon deputatlarını bir yerə yığ və ölkənin cənub bölgəsinin Azərbaycandan ayrılması barədə qərar çıxarın”. Həmin vaxt Novruz Novruzov ölkəmizin ərazi bütövlüyünə qarşı qəsd yolunu tutanlara dəstək verən Böyükağa Quliyevə “Mən belə bir addımı heç cür ata bilmərəm. Bizim bir Vətənimiz var, o da Azərbaycan Respublikasıdır” deyə cavab verir. Bu gün ən aktual məsələlərdən biri, məhz həmin vaxtlarda baş verənləri təhlil edib ortaya lazımi nəticəni qoymaqdır. Yəni onu müəyyən etmək vacibdir ki, həmin vaxtlarda Novruz Novruzov ölkəmizin ərazi bütövlüyünün qorunmasına çalışır, Məhərrəm Quliyevin atası isə ölkəmizin ərazi bütövlüyünə qarşı qəsd yolunu tutanlara dəstək göstərir. İndi sual oluna bilər ki, əgər bir şəxsin düşüncəsi öz ölkəsinə qəsd etmək, onu parçalamaq amalı üzərində köklənirsə, həmin şəxsin övladında Vətənə, xalqa qarşı sevgi hissi formalaşa bilərmi? Təbii ki, yox. Yuxarıda Cənub bölgəsində baş verən hadisələrlə bağlı mətbuatda yayılan məlumatlar təkzibolunmaz faktlar kimi qalır. Yəni yayılan məlumatlar adı çəkilən şəxslər tərəfindən təkzib olunmayıb. GundemXeber.Az-ın media üzərindən apardığı araşdırmalardan o da məlum olub ki, son günlər Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə “Hürriyət” qəzetinin əməkdaşı arasında əmələ gələn “mini insident” də, bir daha gündəmi zəbt edən mövzulardan birinə çevrildi. Belə bir olayın baş verməsinə, bir növ adi baxmaq gərəkdir. Çünki yuxarıda qeyd etmişik ki, vaxtilə bu şəxsin özü hansı amalın və əməlin sahibi olub?. Ona görə də, Məhərrəm Quliyev də oğlu Nazim Quluzadəni Vətən müharibəsinə göndərmədi və onun Bakı şəhərindəki “elit hərbi hissədə” xidmət keçməsinə şərait yaratdı. Yada salaq ki, cəbhə bölgələrində qızğın döyüşlərin getdiyi vaxtlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələrinə üz tutanların sayı-hesabı çox idi və həmin günlərdə bəzi məmur övladlarının da cəbhəyə yollanmaq istədikləri haqda informasiyalar yayılırdı. Sonra məlum oldu ki, hamının bir nəfər kimi Vətənin müdafiəsinə qalxdığı bir vaxtda, Məhərrəm Quliyev heç bir idman nailiyyəti olmayan və məmur övladı olan Nazim Quluzadəni “elit hərbi hissəyə” xidmətə göndərtdirir və onun döyüş bölgəsinə aparılmasının qarşısına “Çin səddi” çəkməyi də bacarır. Qaldı ki, Goranboy rayon İcra Hakimiyyətinin başçı Məhərrəm Quliyevin “Hürriyyət”in əməkdaşının sualına əxlaqdan kənar, yəni “Bu xəbəri yayan p…x yeyir, dədəbə-dədəsinin ağzıyla…” cavabını verməsinə, artıq bu başqa söhbətin mövzusudur. Bir daha yada salaq ki, hər bir KİV nümayəndəsi cəmiyyətdə baş verən hadisələri işıqlandırır, medianın öhdəsinə düşən vəzifələri yerinə yetirir. Məhərrəm Quliyevin müsahibədən imtina etməsi məsələsi isə, jurnalistin informasiya əldə etmək hüququnun pozulması ilə bərabər, həm də ciddi qanun pozuntusu hesab olunmalıdır. Çünki, “İnformasiyanın əldə edilməsi haqqında” Qanuna görə, hər bir jurnalistin informasiya əldə etmək hüququ var. Jurnalistin peşə fəaliyyətini həyata keçirməsinə mane olmaq qanunla qadağandır və bu məsuliyyət yaradan haldır. Əgər jurnalistin peşə fəaliyyətinə kimsə maneə olursa, bu həm də cinayət məsuliyyəti yaradır.
Başqa bir faktı qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsində Goranboyun bir çox kəndləri ağır zirehli texnikalardan atəşə tutularkən, Məhərrəm Quliyev rayonun mərkəzi küçələrindən kənara çıxmır və o, rayonun rəhbər şəxsi olaraq sakinlərə mənəvi dayaq olmaq istəklərini də ortaya qoymur. Bu şəxsdən fərqli olaraq oxşar mənzərə ilə üz-üzə qalan digər şəhər və rayonlarda isə, rəhbər şəxslər yerli sakinlərin olduqları yerə getdilər, sakinlərə onların yanında olduqlarını nümayiş etdirdilər. Sözsüz ki, belə bir addımların atılması, məhz hər bir vəzifə sahibinin nə dərəcədə Vətəninə, xalqına bağlı olduğunu müəyyən edən göstəricinin varlığıdır. Məhərrəm Quliyevin yanaşmasına gəldikdə isə onu deyə bilərik ki, bu şəxs icra başçısı olaraq, Vətən müharibəsində sakinlərə qarşı sayğısızlıq, biganəlik göstərdi, bir qədər yumşaq desək xəyanət etdi.
Bir məqamı da qeyd edək ki, Goranboyun icra başçısı torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan hərbçinin dəfn mərasimində iştirak edərkən o, öz davranışı ilə hansı əqidə sahibi olduğunu bir daha ortaya qoyur. İlk öncə onu vurğulayaq ki, yazıda təqdim etdiyimiz fotonu biz çəkməmişik, bunu bizə bir kimsə verməyib. Yəni, bu fotonu RİH-nin mətbuat işlərinə baxan şəxslərdən birinin facebook səhifəsində paylaşımlarından əldə etmişik. Şəkildən görünür ki, şəhidin dəfn mərasimində iştirak edən icra başçısı təmsil olunduğu hökumətin tətbiq etdiyi karantin qaydalarına riayət etmir və onu pozur, yəni maska taxmır. Digər tərəfdən, mərasimdə iştirak edən hər kəs hərbçinin ölümündən kədərlənirlər, heyfslənirlər, icra başçısı isə özünü, sanki heç bir hadisə baş verməmiş kimi aparır. Bu da onu deməyə əsas verir ki, kadr təyinatında naşı olan icra başçısının belə bir fotosunun paylaşılması, Məhərrəm Quliyevin hansısa maraqlar əsasında təyin etdiyi kadrlardan birinin rəhbərinə qarşı təxribatı hesab oluna bilər. Deməli, gənc yaşlarında ikən bu şəxsin düşüncəsinə hopmuş ideologiyanın varlığı, bu gün də özünü göstərməkdə davam edir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Məhərrəm Quliyev, təkcə belə bir addımları ilə deyil, hətta digər yanaşmaları ilə də, bu gün gündəmi zəbt etməkdədir. Belə ki, bu şəxs müəyyən məqsədlərini həyata keçirmək istəyərkən, bəzən özünün “ştatlı zəhmətkeş”lərini önə verir və onların “arxasında gizlənməyi” də bacarır. Məsələn, bir neçə ay bundan öncə GundemXeber.Az saytının təsisçisi və baş redaktoru Şirin Cəfəriyə tanımadığı nömrədən zəng gəlir və zəng edən şəxs özünü ona RİH-dən narazı şəxs qismində təqdim edir. Az sonra həmin şəxs adının Zeynalova Cəmilə Mərdalı qızı olduğunu bildirir və Məhərrəm Quliyevdən heyfli olduğunu da dilə gətirir. “Şikayətçi” Cəmilə Zeynalova telefon zəngi zamanı Şirin Cəfəridən redaksiyanın ünvanını soruşur və icra başçısı haqda dərc olunan tənqidi məqaləni “Gündəm Xəbər” qəzetindən oxuduğunu söyləyir. “Özünü yandıran” bu “qadın”ın məlumatı olmur ki, “Gündəm Xəbər” qəzeti bir ildir ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun hücumları əsasında nəşr olunmur. Cəmilə Zeynalovanın “naşı zəng”i bəlli olan zaman Şirin Cəfəri onun nəzərinə çatdırır ki, yazı qəzetdə deyil, məhz saytda yayımlanıb. Özünü guya çaşdıran, icra hakimiyyətində işlədiyini deyən Cəmilə Zeynalova az sonra “səhvini” düzəldir və “valı” dəyişir. Həmçinin qəfildən hücuma keçərək baş redaktoru telefonda təhdid edir, ünvanına təhqir və söyüş sözləri yağdırır. “Zəhmətkeş” Cəmilə Zeynalova telefon zəngi zamanı Məhərrəm Quliyevi müdafiə edir, icra başçısının rayonda olduqca yaxşı işlər gördüyünü vurğuladıqdan sonra, baş redaktora olmazın ittihamlarını səsləndirir, hətta normal insan adı ilə uzlaşmayan təhdid və təhqirlərini də davam etdirir. Bu yöndə aparılan araşdırmalar zamanı bəlli olur ki, Cəmilə Zeynalovaya “fit verən” Məhərrəm Quliyevdir və o, belə bir addımını atmaqla, məhz həmin “qadının arxasında” gizlənir. Qeyd edək ki, baş redaktor Şirin Cəfəri dərhal yaşanan olay haqda DİN-i məlumatlandırır və baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 Xidmətinə də məlumat verir. İnternet resurslarında aparılan araşdırmalardan bəlli olur ki, Zeynalova Cəmilə Mərdalı qızı Goranboyda ödənişli ictimai işdə çalışır və onun bir çox məsələlərlə bağlı etdiyi şikayətlər ayrı-ayrı saytlarda yayımlanıb. Görünür, bir çox şikayətlərin müəllifi olan Cəmilə Zeynalova hansısa yollarla Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin təsir dairəsinə düşür və o, RİH-də “ştata götürülür”. Əslində bu cür halın varlığı olduqca utancverici bir haldır. Çünki, hansısa qadını önə verib onun “arxasında gizlənmək”, indiyə kimi heç bir vəzifə sahibinə başucalığı gətirməyib, yəqin ki, bundan sonra da gətirməyəcək. Digər tərəfdən sual oluna bilər ki, niyə Məhərrəm Quliyev bir icra başçısı olaraq üzərinə düşən vəzifəni yerinə yetirmir, yayımlanan məqalələrdə sadalanan faktları aradan qaldırmır, tənqidlərdən nəticə çıxartmır, amma “ştata götürdüyü” Cəmilə Zeynalovanın məharətindən yararlanmağı lazımınca bacarır. Görəsən buna nə ad vermək olar?
Bəli, xalqımızın dədə-babadan qalma adət-ənənəsi var, bugünkü gündə sivil qanunlarımız var. Lazım gəldikdə kişi kişi ilə söhbət edər, amma kişi bu cür mənəviyyatını itirmiş “qadın”dan heç bir halda istifadə etməz. Çünki… Hər halda 44 günlük Vətən savaşında qalib Ali Baş Komandan adını qazanan İlham Əliyevin, belə bir kadrlarla işbirliyi utancverici hal olunmaqla bərabər, eyni zamanda separatçı Əlikram Hümbətova xidmət etmiş bir şəxsin ölkəmizdə yüksək vəzifə daşıması, əslində vətənə xəyanətdən başqa bir şey deyil. Allah dövlətimizi və dövlətçiliyimizi belə əməl və amal sahibi olan məmurlardan qorusun!
Sadalananlarla bağlı qarşı tərəfi də dinləyə bilərik.

GundemXeber.Az
araz.az xəbər portalı.