Tramp səfirliyin bağladılması əmrini verdi – Lavrovun işçiləri geri qayıdır
Hurriyyet.org xəbər verir ki, bir çox Avropa ölkələri ilə yanaşı, ABŞ-ın prezidenti Donald Tramp da zəhərlənən agent böhranı ilə əlaqədar, 60 nəfər rus vətəndaşının ABŞ-dan qovulması təlimatını verib.
İngiltərə ilə Rusiya arasında baş verən casus böhranından sonra ABŞ, Almaniya və Fransadan İngiltərəyə dəstək gəlib.
ABŞ prezidenti Donald Tramp ABŞ-dakı 60 rus diplomatın Amerikadan çıxarılması və Sietldəki Rusiya səfirliyinin bağladılması təlimatını verib. Amerikalı məmurlaq qərarın Rusiyanın Amerikadakı casusuluq fəaliyyətinin güclənməsinə qarşı qəbul edildiyini bəyan edib.
Səfirliyin bağladılmasının səbəbi onun sualtı bazaya yaxın olmasıdır
Qovulma qərarının Nyu-Yorkdakı BMT nümayəndəliyində işləyən 12 nəfər rus diplomata da aid olduğu bildirilir.
Sietldəki Rusiya səfirliyinin isə ABŞ-ın şəhərdəki sualtı bazasına yaxın olduğu səbəbilə bağladıldığı bildirilir.
Almaniya və Fransa da…
Almaniya və Fransa da ölkələrində olan 4 Rusiya dilomatının həmin ölkələrdən çıxarılacağını bəyan edib.
Rusiyaya qarşı diplomatik yürüş edən ölkələr təkcə ABŞ ilə Almaniya deyil. Bu qərarların açıqlanmasından dərhal sonra Polşa, Fransa və Çexiya müəyyən sayda rus diplomatı qovmaq qərarları verib. Polşa və Fransa 4, Çexiya isə 3 rus diplomatı ökədən çıxaracağını açıqlayıb.
Baltik ölkələri də məlumat verib
Xəbər verdiyimiz kimi, Polşada da Rusiya səfiri ölkənin XİN idarəsinə çağrılıb və ölkədəki Rusiya dilomatlarının qovulacağı barədə məlumatlandırılıb.
Latviya, Litva və Estoniya xarici işlər nazirlikləri də ölkələrindəki Rusiya səfirlərini nazirliyə çağırıblar. Bu ölkələrin də bənzər qərarlar verəcəkləri gözlənilir.
Ötən həftə isə İngiltərə 23 nəfər rus diplomatını “arzuolunmaz şəxs” elan eləmişdi.
Aİ rəhbəri açıqladı
Avropa İttifaqının başçısı Donald Tusk bu məsələ ilə bağlı açıqlamasında deyib: “14 Avropa İttifaqı ölkəsi Rusiya diplomatlarını ölkədən qovmağı qərara alıb”.
Rusiya ilə İngiltərə arasında keçmiş rus agenti Sergey Skripalın sinir qazı ilə zəhərlənməsindən sonra başlanan böhranın gedişində Ukrayna 13, Çexiya 3, Polşa 4, Litva 1 nəfər rus diplomatı qovmaq qərarı verib. (Hurriyyet.org)
araz.az xəbər portalı.