Yaxın günlərdə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Moskvada görüşəcək.
araz.az xəbər verir ki, Ermənistan mediası Azərbaycan nümayəndə heyətinə başçılıq edəcək Şahin Mustafayevin əslən Noyemberyan (Barana) rayonunun Cucevan (Barana) kəndində anadan olmasını, Noyemberyanda 2 nömrəli orta məktəbi bitirməsini xüsusilə qabardır.
Erməni mediası Şahin Mustafayevin əslən Ermənistandan olması və həmin ərazilərdə böyüməsi faktının həmkarı Mqer Qriqoryanla danışıqlar zamanı hər hansı rol oynayıb-oynamayacağı barədə mühakimə yürüdür.
Onların fikrincə, Mqer Qriqoryan Moskva danışıqları zamanı Azərbaycan tərəfi qarşısında Xocavənddə əsir götürülən erməni diversantların azad olunması istəyini qaldıra bilər. (modern.az)
araz.az xəbər portalı.