“Düşünürəm ki, Fransa və Azərbaycan arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edəcək. Təbii ki, biz bu dialoqu saxlayacağıq. İki ölkə arasında bu dialoq davam etməlidir”.
araz.az APA-ya istinadla xəbər verir, bunu Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan deyib.
Azərbaycan və Fransa prezidentləri arasında mütəmadi telefon danışıqlarının baş tutduğunu xatırladan dövlət katibi bildirib ki, son telefon danışığı yanvar ayında olub.
“Bütün bunlar əlaqələrin möhkəmlənməsinə təkan verəcək. Bu istiqamətdə mənim ilk səfərim idi. Bundan sonra da belə səfərlər davam edəcək. Fransa hökuməti də bu müddət ərzində, müharibə dönəmində müəyyən mürəkkəb vəziyyətdə olub. Lakin hər dəfə Fransa hökuməti beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib”, – deyə dövlət katibi vurğulayıb
araz.az xəbər portalı.