Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
araz.az xəbər verir ki, bununla bağlı RİH-nin başçısı Seymur Orucov əmr imzalayıb.
Əmrə əsasən, Müşfiq Hüseynov Ağstafa RİH-nin başçısının birinci müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ağstafa RİH-nin başçısının keçmiş birinci müavini Ramiz Tatarov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə həbs olunub. / Unikal.org
araz.az xəbər portalı.