Azərbaycanda Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə aksiz dərəcələrinin 31 manatdan 35 manata qaldırılması təklif edilir.
araz.az məlumatına görə, bu təklifin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, aksiz dərəcənin artırılması tütünlə mübarizə strategiyasına uyğun addımdır. /Yenisabah.az/
araz.az xəbər portalı.