zibillik 0000 e1611735975134

Bakıda zibil qutusunda meyiti tapılan qadını qətlə yetirən şəxsin kimliyi məlum olub.

Yanvarın 27-də Nəsimi rayon ərazisində zibil qutusunda tapılan meyitin 1989-cu il təvəllüdlü Banu Məmmədova olduğu müəyyən edilib. Məlum olub ki, qadın qayınatası İdris Məhərrəmovla bir evdə yaşayıb və qətl hadisəsini də məhz İ.Məhərrəmov törədib. Məlumata görə, İ.Məhərrəmov gəlinini yatdığı yerdə evdə tək olarkən qətlə yetirərək hissələrə ayırıb. Daha sonra isə o izi itirmək üçün qadının meyitini torbalara yığıb yaxınlıqdakı zibil qutusuna atıb.

Qətlə yetirilən B.Məmmədovanın həyat yoldaşı xarici ölkələrdən birində olduğundan o qayınatası və qayınanası ilə birlikdə yaşayırmış.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib. (trend)

xxx

Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.

Turkustan.info-nun Report-a istinadəm əldə etdiyi məlumata görə, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.

İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib.

Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.

Müəyyən edilib ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində baş verib. İ.Məhərrəmov qadını öldürdükdən sonra meyiti hissələrə bölüb, 4 ədəd kisədə və 1 ədəd selofan torbada qonşu Nəsimi rayonuna aparıb. O, hissələrə bölünmüş meyiti Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsindəki məişət tullantıları qutularına atıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Xatırladaq ki, faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

araz.az xəbər portalı.