1611851518 253756 o8txtuxkmr

 

44 günlük müharibədən sonra bir sıra dövlət orqanlarının, bəzi məmurların

şəhidlərimizin əziz xatirəsinə, onların yaxınlarına, qazilərimizə, əsgərlərimizə, ümumiyyətlə hərbiçilərimizə laqeyd, biganə, etinasız münasibəti cəmiyyətimizi olduqca narahat edən vəziyyətdir.

Bir tərəfdən şəhidlərimizin dəfni ilə bağlı ağıla gəlməz biabırçılıq, digər tərəfdən şəhidlərimizin əziz xatirəsinə əks etdirən lövhələrin icra hakimiyyət orqanları tərəfindən sökülməsi, qazilərimizin psixoloji reabilitasiyası prosesinin yoxluğundan əsgərlərimizin intihar etməsi, yaralı hərbçilərimizin müalicəsinin ev şəraitində daha doğrusu daxma şəraitində Allah ümidinə buraxılması və sair bu kimi hallar adi hal alıbdır. Bütün bu psixoloji, mənəvi zərbələr az imiş kimi, üstəlik döyüş bölgəsində yerləşən qalib hərbiçilərimizin əmək haqlarının yarıya qədər azaldılması ümumiyyətlə hansı hüquqa, məntiqə, ədalətə, əxlaqa uyğundur. Ən dəhşətlisi də odur ki, “şou” yanaşması ilə efirə çıxan Xəzər TV də bacarıqsız, məsuliyyətsiz və laqeyd məmura haqq qazandırmağa və onlara arxa durmağa çalışır.”

araz.az bildirir ki, bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov son günlər şəhidlərimizlə bağlı yaranmış narazılığa münasibət bildirərkən deyib. Qarabağ qazisi fikirlərini belə davam etdirib:
“Qarabağ müharibəsi iştirakçılarını bilərəkdən köhnəyə-təzəyə bölən məmurlar, 4 il, 5 il, 6 il vuruşanlara 80 manat veteran pulu verən sosial müdafiə nazirliyi, birinci Qarabağ müharibəsi iştirakçılarını adam yerinə qoymayanlar, yarım milyarda Bank tikənlər siz hansı dinə, məssəbə qulluq edirsiz? Əgər siz düşünürsüzsə ki, 1-ci Qarabağ müharibəsi iştirakçıları döyüşü uduzanlardır-siz kökündən yanılırsız! Azərbaycan xalqı 90-cı illərdə hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik dövründə, çoxlarınız müstəqilliyimizin əleyhinə səsə verəndə birinci Qarabağ müharibəsi iştirakçıları əli yalın təkcə ermənilərə qarşı yox, ruslara qarşı da vuruşub, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələn kimi də Cəbrayıla qədər gedib çıxıb.

 
Hər şey göz qabağındadır, ovcumuzun içindədir,1-ci Qarabağ müharibəsində axı bizlər nökərləri olduğunuz ruslara qarşı vuruşmuşuq – budurmu səbəb?! Hər zaman vətən kasıbın olub, eybi yox kasıb vətənini pula görə qorumur-haqsızlıq odur ki, vətəni kasıb qoruyur, harın, rüşvətxor vətənsiz məmurlar isə ölkəni talayır, çapır və sayəsində mövqe tutuğunuz hərbçilərimizə yuxarıdan baxırsınız. Bura bizim vətəndir, hər zərrəsi şəhid qanı ilə yoğurulmuş vətən bizimdir.

 
Axı niyə bəzi məmurlar, dövlət qurumları ümumiyyətlə hərbçilərimizə belə laqeyd, etinasız münasibət bəsləyir axı? Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Dövlət, Xalq, Ordu Birliyi nümayiş etdirdi, torpaqlarını azad etdi, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz Azərbaycan xalqını Qalib Xalqa çevirdi. Bəli, sizi qorxudan bizim Birliyimiz, Dəmir Yumruğumuzdur! Nəyin bahasına olursa olsun, məqsədiniz bu Birliyi dağıtmaqdır.., bax buna görə də şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə o cümlədən birinci Qarabağ müharibəsi veteranlarına olmazın münasibətini göstərirsiz.

 
Yox əgər desəniz ki, düşündüyümüz kimi deyil onda, deyin görək niyə öz vəzifə borclarınızı layiqincə yerinə yetirmirsiz? Niyə axı vəzifə öhdəliklərinizi başqasının boynuna atırsız? Prezident gəlib şəhid dəfni ilə məşğul olmalıdır, yaxud Prezident şəhid plakatlarını sökən məmurun gəlib
qolundan tutub qoymamalıdır, məcburən getdiyiniz şəhid daxmalarına ayaqqabılarınızı soyunmağı bəlkə prezident tapşırıq verməlidir?! Görəcəkli günlərimiz var imiş…
Əgər Cənab prezident sizin işlərinizi görəcəksə bəs onda, siz nəyə və kimə lazımsız axı?!”
araz.az

araz.az xəbər portalı.