1611843001 1600850546 120041995 611474186192386 6912978004020846770 npuRusiyanın hüquq-mühafizə orqanları həbsdə olan müxalifətçi-bloger Aleksey Navalnının qardaşı Oleq Navalnını, vəkili Sobolu və şəxsi həkimi, Həkimlər Birliyinin Həmkarlar İttifaqının sədri Anastasiya Vasilyevnanı həbs edib.

araz.az  Reyting.az-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya Ədliyə Nazirliyinin “xarici casus” siyahısına əlavə etdiyi Korrupsiya ilə Mübarizə Dərnəyinin rəhbəri İvan Kdanov özünün “Tvitter” hesabında yayıb.

İlkin məlumatlara görə, Navalnının yaxın çevrəsi 48 saatlıq həbs edilib, bu müddətdən sonra azadlığa buraxılacaqlar.

Qeyd edək ki, Rusiya polisi Navalnının Moskvadakı Korrupsiyaya Qarşı Mübarizə Fondunun ofisində “epidemoloji şərtlərin pozulması” bəhanəsi ilə axtarış aparmışdı.

Bundan əvvəl isə Navalnının azadlığa buraxılması üçün yanvarın 23-də paytaxt Moskva da daxil olmaqla Rusiyanın əksər şəhərlərində etiraz aksiyaları keçirilib. Məhz bu aksiyaya görə, 3 mindən çox insan həbs saxlanılıb.

Kreml 23 yanvar aksiyalarını qanunsuz elan etməklə yanaşı bunun qəbuledilməzliyini bildirib.

Aleksey Navalnı isə tərəfdarlarını yanvarın 31-də növbəti dəfə aksiyalara səsləyib. Ehtimal olunur ki, Navalnının yaxın ətrafının həbs olunması da məhz yanvarın 31-nə planlaşdırılan aksiyalarla əlaqəlidir

araz.az xəbər portalı.