Bakının Səbail rayonu ərazisində “20-ci sahə”-dən Badamdar qəsəbəsinə gedən yolda – Bayıl yamacında torpaq sürüşməsi baş verib.
unikal.org xəbər verir ki, torpaq sürüşməsi ilkin məlumata əsasən, əvvəl qeydə alınan hissədə aktivləşib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov hadisə yerinə gəlib.
Sürüşmə nəticəsində 1 iaşə xidməti obyekti və 2 fərdi yaşayış evi zərər görüb.
Ətrafda yaşayan insanlar təxliyə olunub.
Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.
Əlavə məlumat veriləcək. unikal.org
araz.az xəbər portalı.