Müharibə qaçılmazdır, çünki hamı anlayır ki, Qarabağ münaqişəsi hələ də tam həll olunmayıb.
Axar.az xəbər verir ki, bunu erməni hərbi ekspert Van Ambartsumyan “Sputnik Ermənistan”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan artıq beşinci və ya altıncı nəsil müharibənin meyarlarına uyğun gəlməyən hərbi konsepsiyasını köklü şəkildə dəyişməlidir:
“Azərbaycan ötən illər ərzində hazırladığı təmassız müharibə konsepsiyasını reallaşdırıb, erməni generaliteti isə 90-cı illərdə qalıb və yeni reallıqlara hazır olmayıb. Bu, Birinci Qarabağ müharibəsinin sindromudur. Onlara elə gəlirdi ki, döyüş meydanında əvvəlki taktika olacaq, lakin bu, fəlakətli səhv oldu. Qarabağda baş verən müharibənin konsepsiyası NATO-da işlənib hazırlanıb, bu döyüşlərin təhlili müdafiə strategiyamızın əsasını təşkil etməlidir. Təmassız müharibənin nə olduğunu başa düşməliyik, sonra isə bütün lazımi vəsaitləri əldə edib, addım-addım hazırlaşmalıyıq”.
Ambartsumyan həmçinin bildirib ki, Rusiya Ermənistana başqa ölkələrə ixrac etmədiyi silahlar verir:
“Silahlar bizə maya dəyəri ilə verilir, kadrlar isə Rusiyada pulsuz hazırlıq keçirlər. Üstəlik, Rusiya Ermənistana silah alınması üçün kreditlər verir”. Axar.az
araz.az xəbər portalı.