Screenshot 1 113erQarabağdakı 44 günlük müharibədən sonra əldə edilən atəşkəsin texniki detallarından biri də (müqavilənin müddəalarında yazılmasa da) bölgədəki faydalı qazıntı yataqlarının bu günə qədər necə istifadə edildiyi və əldə edilən qanunsuz gəlirlərin qiymətləndirilməsidir…

Bu, ilk növbədə, Azərbaycan dövlətinin suverenliyi məsələsidir. Bu mövzu Şuşa ələ keçirilməsindən bir neçə gün əvvəl onu ziyarət etdiyimiz zaman Azərbaycan Prezidenti İlham Əliyevin də gündəmində idi. O, Zəngilan, Kəlbəcər və digər ərazilərin yeraltı sərvətlərinin necə istismar edildiyini izah etdmişdi. Və o günlərdə işğaldan azad edilmiş ərazilərdəki ziyanı qiymətləndirmək üçün bir ekspert qrupu yaradılacağını qeyd etmişdi.

6 yanvar 2021-ci ildə İlham Əliyev bu yanaşmanı yenidən səsləndirdi. Və bildirdi ki, bu işdə əli olan müvafiq erməni şirkətləri Azərbaycana təzminat ödəyəcəklər. Əks təqdirdə, bu şirkətlər beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaqlar. Məlum yataqlar uzun illərdir işğal altında olan Dağlıq Qarabağda ermənilərin ən böyük gəlir mənbələrindən biri idi.

Hesablamalara görə, 2019-cu ildə bu mənbələrdən əldə olunan gəlir Ermənistan ÜDM-nin təqribən 13-14 faizinə çatıb. Bundan əlavə, vergi gəlirləri illərdir buradan formalaşır. Qarabağ ərazisində, ilk növbədə müharibə zamanı qaytarılmış Kəlbəcərdə qızıl, mis, sink və digər faydalı qazıntı yataqları var. Bəziləri təsdiqlənmiş ehtiyatlardır. Mütəxəssislər, Xankəndi rəhbərliyinin illik vergi itkilərinin 80 milyon dolları, İrəvan üçünsə bu itkinin 30-35 milyon dolları keçəcəyinə inanırlar.

Azərbaycan Müdafiə Nazirliyi 10 noyabr anlaşmasından sonra Kəlbəcərdə tərk edilmiş Soyudlu (Zod) yatağının görüntülərini yayımladı. Ermənistan isə yataqların bir hissəsinin öz ərazisində olduğunu iddia etdi. Azərbaycanın qaytardığı torpaqlarda erməni şirkətləri illərlə milyard dollarla qazanc əldə ediblər. Məsələ daha dərindən araşdırıldıqda bu şirkətlərin təkcə Ermənistanla deyil, həm də Rusiya, Fransa və hətta Cənubi Kiprlə bağlılığı ortaya çıxır.

Dünyada qızıl və mis qiymətləri artmağa davam edərkən, Azərbaycanın bu yataqlardan istifadəsi təkcə Azərbaycan iqtisadiyyatına deyil, digər ölkələrdəki əlaqəli sahələrin də inkişafına təsir edəcək. Təkcə Qarabağın qızıl ehtiyatlarının təxmin edilən dəyəri 8 milyard dollardan çoxdur. Bu səbəbdən Azərbaycanın təzminat tələbi tamamilə qanunauyğundur. İndi yenidən nəzarətə götürülən mineral ehtiyat yataqları Qarabağın öz gəlir mənbələrindən birinə çevriləcəkdir. Və 28 ildə qanunsuz əldə edilmiş gəlirin də miqdarı dəqiq müəyyən ediləcək.

Beləliklə, bu prosesdə aşağıdakı prioritetlər vacibdir:

  1. Zərərin düzgün və obyektiv qiymətləndirilməsi.
  2. Şəffaf və effektiv xalq diplomatiyası.
  3. Beynəlxalq təşkilatlar qarşısında qanuni təşəbbüslərin və tələblərin həyata keçirilməsi.

Beləliklə, Azərbaycan həm tarixi ədaləti bərpa etmiş olacaq, həm də yeni iqtisadi imkanlar qazanacaq.

Kürşad Zorlu, “Habertürk” (Türkiyə), 28 yanvar 2021

Tərcümə etdi: Surxay Atakişiyev,       /konkret.az/

araz.az xəbər portalı.