ermeni 2ter

Azərbaycan və Ermənistan dünən qarşılıqlı əsir dəyişdirdilər.

araz.az xəbər verir ki, ötən gün 1 azərbaycanlı əsiri qaytaran rəsmi Yerevan ərazisində daha heç bir əsirin olmadığını söyləyib.  

Eyni zamanda, Rusiyadakı diplomatik mənbə “RBK” telekanalına açıqlamasında erməni siyahılarına görə 140 vətəndaşının Azərbaycanda saxlanıldığı iddia olunur. Onlar arasında dekabrın ortalarında Xocavənd rayonunun Çaylaqqala kəndi istiqamətində əsir götürülən 62 erməni terrorçusunun da adı var.

Azərbaycan həmin şəxslərin 10 noyabr üçtərəfli razılaşmasından sonra Xocavənd ərazisinə gəldiklərini, təxribat-diversiya hücumları təşkil edərək bir neçə hərbçi və mülki şəxsi öldürdüyünü açıqlamışdı.

Rusiya Xarici Siyasət və Müdafiə Şurasının Rəyarət Heyətinin sədri Fyodor Lukyanov regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılacağına şübhə etmir. Onun fikrincə, əsir və diversantlar məsələsi davamlı sülh əldə etmək üçün maneə ola bilməz.

“Ermənistan hazırda ağır vəziyyətdədir – müharibədə məğlubiyyət, siyasi böhran. İndi Ermənistan üçün blokadadan çıxmaq şansı yaranıb  və buna görə öhdəliklərin icrası strateji mütləqdir. Əsirlərlə bağlı məsələ çətin ki, buna ciddi maneə olsun”-deyə Lukyanov söyləyib.   /Modern.az/

araz.az xəbər portalı.