1611927301 nocomment 0e03569fc402a583d7ef2890e23d97b8 wr7kolmxy9is6q0hzbu1

“Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Reyting.az-ın məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Rasim Məmmədovun vəkili Elçin Sadıqov “Report”a deyib ki, “Baku Steel Company”nin rəhbəri AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni və oğlunun yalandan ibarət şikayəti əsasında tutulub.


R. Məmmədov

Xatırladaq ki, Rasim Məmmədovun digər vəkili Bəxtiyar Hacıyevdir.

araz.az xəbər portalı.