1522050273-540.jpg

Şimali Koreyanın Çin və Cənubi Koreya ilə birgə tək quru sərhədi olan Rusiya ABŞ ilə yaşadığı ixtilafdan sonra gündəmdən düşməyən qonşusu ilə sərhədlərində körpü inşa etməyi planlaşdırır.

“Vaşinqton Post” xəbər verir ki, bu barədə Rusiya Uzaq Şərq İnkişaf Nazirliyi məlumat yayıb.

Açıqlamada iki ölkənin diplomatlarının sərhəddə inşa ediləcək yeni körpü üçün bir araya gələcəyi bildirilib. Körpünün sərhəddə yerləşən Tümen çayının üzərində qurulması planlaşdırılır.

Yeni inşa ediləcək körpü iki ölkə arasında ilk dəfə quru nəqliyyatını təmin edəcək. Əvvəllər bu ölkələr arasında quru nəqliyyatı Çin vasitəsilə hərəkət edirdi. Rusiya və Çin arasında təxminən 20 kilometrlik sərhəd xətti mövcuddur.

Körpü hər iki ölkə üçün iqtisadi və maddi önəmi ilə yanaşı, siyasi və simvolik əhəmiyyət də daşıyır. Belə ki, Şimali Koreya ilə Rusiya Soyuq Müharibə dövründə iki müttəfiq ölkə kimi görülürdü. SSRİ Şimali Koreyanın ən böyük maliyyə dəstəkçilərindən idi. Ancaq ittifaqın dağılmasından sonra bu ölkələrin münasibətləri də sona çatmışdı. Qonşular arasında sular 2000-ci ildə prezident Vladimir Putinin Pxençana səfəri ilə isinməyə başlamışdı./publika.az/

araz.az xəbər portalı.