Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə sərəncam imzalayıb.
Turkustan.info-nun məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları:
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanlarının müvafiq strukturlarının yaradılması və onların maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2021-ci ilin martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sektorlar və istiqamətlər üzrə 2022-2025-ci illəri əhatə edən dövrdə (hər il üzrə ayrılıqda) bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflərini 2021-ci il martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
araz.az xəbər portalı.