Əfəndilər!
Ümumilikdə etiraf etməsələr də, artıq dünyanın bütün aparıcı qüvvələri Azərbaycanın 44 gün ərzində Ermənistanı darmadağın etməklə tarixi parlaq qələbə qazandığını yaxşı bilirlər.
Bu 44 gündə qəhrəman oğullarımız öz qanı, yenilməz silahlı qüvvələrimiz öz peşəkarlığı, rəşadəti və Müzəffər Ali Baş Komandan öz qətiyyətli mövqeyi ilə son 200 ildən yuxarı olan tariximizin ən şanlı səhifəsini yazdı. Eyni zamanda Azərbaycan xalqının bu şərəfli günlərdə öz ordusunun, qəhrəman əsgərinin və Müzəffər Ali Baş Komandanın yanında olmasının da, bu qələbəni zəfərlə tamamlamış olduğunun əsas ana xətti olduğunu da qeyd etmək vacibdir.
Yeri gəlmişkən dost və düşmənlərimizin kimlər olduğunu dəqiq bilsək də, bu müqəddəs tarixi 44 gündə bir daha fikirlərimizdə yanılmadığımızın şahidi olduq.
Çıxışlarının birində Müzəffər Ali Baş Komandanın “… nə qədər ki, mən Prezidentəm, status olmayacaq…” deməsini də dost-düşmən yaxşı eşidib.
Erməni və sahibləri hələ ümummilli lider Heydər Əliyevin sovetlər dönəmində rəhbər olduğu vaxtda da yaxşı bilirdilər, nə qədər ki, Azərbaycanda Heydər Əliyev rəhbərdir, onlar Qarabağı əldə edə bilməyəcəklər. Bu baxımdan düşmənlər yenə də daxili satqın, Rusiya imperiya maraqlarının köləsinin dəstəyi ilə Heydər Əliyevi vəzifədən kənarlaşdıraraq öz məkrli planlarını işə salıb tarixi missiyalarına nail oldular.
Heç təsadüfi deyil ki, indi ermənilər yenidən “nə qədər ki, İlham Əliyev Azərbaycanın prezidentidir, biz qalib gələ bilmərik” fikirlərini səsləndirməyə başlayıblar.
İndi gələk mətləbə.
Əfəndilər, son zamanlar nələr baş verir?! Yenə ermənilər, onların sahibləri və milli satqınlar vahid istiqamət üzərində hərəkətə keçiblər. Hər vasitə ilə bu şərəfli tariximizə əllərindən gələn-gəlməyən yollarla kölgə salmaq, ləkələmək istəyirlər. İçimizə nifaq salmaq, Dövlətçiliyimizə zərbə vurmaq istəyirlər.
Bu əvvəldən az da olsa hiss edilirdi, indi isə hakimiyyətə sızmış, sadə gözlə belə görünən və görünməyən xain əllərin olduğunu yaxşı hiss edirik.
Məsələn, artıq bir neçə gündür ki, müqəddəs Vətən torpaqlarımızın işğaldan azad olunması, tapdalanmış tarixin Şanlı tarixə çevrilməsi uğrunda, ləyaqəti və şərəfi alçaldılmış bir xalqın ləyaqət və şərəfini göylərə qaldıran, Vətən yaşasın deyə yaşama hüququndan keçən Bakının Yasamal və Nəsimi rayonundan olan bir neçə şəhidimizin dəfn olunduğu yerlə bağlı qalmaqal yaranmasını, bu işə biganəliyi və laqeydliyi təsadüf saymıram.
İlk olaraq qeyd edim ki, sözügedən qəbirstanlıq inzibati ərazi üzrə Qaradağ rayonuna aid olsa da Bakı şəhəri icra hakimiyyətinə tabedir və həmin sahənin artıq bir müddətdir ki, Müdafiə Nazirliyinə ayrıldığı bildirilir. Və həmin yerdə hələ Vətən müharibəsi şəhidlərinə qədər də bir neçə Aprel şəhidimizin və müharibə veteranlarının dəfn edildiyi də xəbər verilir.
Bunları yazmaqda məqsədim odur ki, bəzi jurnalistlərin məsələnin mahiyyətini dəqiqləşdirmədən və ya dəqiqləşdirmək istəmədən cəmiyyətimizdə kimin kimdən xoşu gəlmir, məqamdır üzərinə getməsini də təbii ki, təsadüfi hesab etmirəm və qınayıram. Belə münasibət əksinə bu məsələnin daha da çoxşaxəli olması istiqamətində süni olaraq genişləndirilməsinə xidmət etdiyi üçün təbii ki, yolverilməzdir.
Eyni zamanda, ən maraqlı məqamlardan biri də budur ki, həmin ərazidə bir neçə Aprel şəhidi illər öncə dəfn edilsə də, sosial şəbəkələrdə şəhid ailələrinin günlərlə davam edən fəryadından sonra bir eskiz ortaya çıxır və oranın planı olduğu iddia edilir. Elə buradan yeni bir sual doğur, bəs nəyə görə 2016-cı ildən bu yana o məzarlıq abadlaşdırılmayıb?! O eskiz həyata keçirilməyib? Ümumiyyətlə o ərazidə dəfn edilənlərin qəbirüstü daşlarının və ətraflarının götürülməsində müxtəliflik olduğu fotolardan aydın göründüyündən məsələnin əsl mahiyyətindən tam xəbər vermiş olur.
Sadaladığım məsələlərlə bərabər bəzilərinin şəhid ailələri haqqında çox məsuliyyətsiz deyimləri də əksinə bu məsələni daha da alovlandırır.
Yetkililər isə…
araz.az xəbər portalı.