araik 2 e1606545962574

“Rusiyanın bəzi teleqram-kanallarının yaydığı məlumata görə, Artsax prezidenti Araik Arutyunyan Moskvaya uçub”.

araz.az xəbər verir ki,  belə bir məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Yuxarı Qarabağın müvəqqəti olaraq Azərbaycan dövlətinin nəzarətindən kənarda olan hissəsində tör-töküntüləri hələ də qalan separatçı-terrorçu erməni xuntasının rəhbəri haqda informasiya hələlik nə Xankəndi, nə də İrəvandakı mənbələrdən təsdiqini tapmayıb.

Amma Azərbaycan Respublikası tərəfindən rəsmən İnterpol axtarışına verilmiş bu separatçı-terrorçu erməni dığası əgər doğrudan da Moskvadadırsa, müvafiq qurumlarımızın əlində onu həbs etdirib Bakıya gətirmək üçün növbəti fürsət yaranıb. Çünki beynəlxalq qanunlara görə, Rusiya hökuməti belə bir şəxsin yaxalanaraq  Azərbaycana təhvil verilməsinə şərait yaratmağa borcludur.

Xatırladaq ki, bu,  sonuncu Qarabağ savaşından sonra Arayikin Rusiyaya gizli səfəri haqda ikinci belə məlumatdır. Birinci dəfə ötən il noyabrın 24-də onun kürsüsünü qorumaq üçün Moskvaya getməsi haqda informasiyalar yayılmış, hətta “Mediaport” telegram-kanalı tərəfindən Vnukovo hava limanındakı xüsusi təyyarə terminalında çəkildiyi iddia edilən fotosu da paylaşılmışdı.    /Moderator.az/

araz.az xəbər portalı.