Kremlə müxalif 44 yaşlı Aleksey Navalnının tərəfdarlar bu gün yenidən ölkənin 142 şəhərində etiraza başlayıb.
araz.az xarici media istinadən xəbər verir ki, paytaxt Moskva və Sankt Peterburq başda olmaqla bir sıra şəhərdə, Navalnının sərbəst buraxılması çağırışları ilə xalq küşələr axışıb. Polis tədbirlər görür.
Moskvada mitinqlərin olduğu bölgələrdəki küçələr bağlanəb. Çoxlu sayda polis maşınları barrikadalar qurub.
Bəzi metrostansiyalar gün boyu işləməyəcək. Ayrıca kafe, bar və restoranların bağlanıldığı bölgədə, 09.00-dan 23.00 radələrinə qədər spirtli içkilərin satışı qadağan edilib.
Qeyd edək ki, ötən həftə ölkə tarixinin ən böyük etirazına səhnə olan Rusiyada, onlarla şəhərdə etirazlar keçirilib. Şaxtalı hava şəraitinə baxmayaraq küçələri dolduran nümayişçilər, polisin sərt rəftarıyla qarşılaşıb.
Reuters və AP hadisə yerindən bir-birindən maraqlı fotolar yayıb. Polisin görünməmiş təhlükəsizlik tədbirləri də qeyri-kafi qalıb. SSaat 12.00-da başlayan və dayandırıla bilməyən hadisələr dünyada birinci gündəm xəbəri halına gəlib, şiddət görüntüləri dünyanı sarsıdıb.
araz.az
araz.az xəbər portalı.