rus sulhmeramli

“Geosiyasi baxımdan Qarabağla bağlı 3 ümumi varyant var idi:

1. 30 illik işğalın qalmasına və ərazimizi itirməyə faktiki razı olub yeni strateji istiqamətə doğru irəliləmək.

2. Bir xarici gücün himayəsinə girib azad etməyə çalışmaq. Bunu Saakaşvili dövründə Gürcüstan etməyə çalışdı. Dünyanın ən böyük gücü ABŞ-a və AB-yə güvənərək bunu etməyə çalışan Saakaşvilinin cəhdinin nəticəsini hamımız bilirik.

3. Qlobal və regional güc balansını lehimizə istifadə edərək torpaqları azad etmək. Bunu post sovet coğrafiyada heç kim etməmişdi”.

araz.az  xəbər verir ki, bunu siyasi ekspert Nazim Cəfərsoy qeyd edib.
O bildirib ki, biz bu variantlardan üçüncüsünü seçdik:
“Biz üçüncünü seçdik. Bu seçimin nəticəsində Azərbaycan ordusunun Qarabağda əməliyyatları üçün uyğun geosiyasi mühit yarandı. Və Qəhrəman ordumuz 14 min kvadrat km ərazimizin təxminən 12 minini azad etdi.
Ancaq o qeyd etdiyim geosiyasi balans səbəbiylə ölkəyə Rusiya sülhməramlıları gəldi və ərazimizin təxminən 2-2,5 min kvadratı hələlik nəzarətimizdə deyil. 10 noyabrdan sonra Qarabağda yeni mərhələ başlayıb.
Bu mərhələni məqsədi geri qalan ərazimizi nəzarət altına almaq və Rusiya sülhməramlılarının razılaşmaya uyğun davranaraq ən qısa vaxtda Qarabağdan çıxıb getməsinə nail olmaq”.
Siyasi ekspertin fikrincə Rusiya sülhməramlılarının Qarabağdan getməsi üçün Azərbaycan 3 metod seçə bilər:
“Bunun da geosiyasi cəhətdən 3 metodu var:
1. Rusiyaya topyekün təzyiq göstərməyə çalışmaq. Ancaq bunun iki nəticəsi olar: Rusiyanın balans mövqeyindən vazkeçib təkrar ermənilərin ənənəvi müttəfiqi roluna geri dönər. Azərbaycan Rusiya ilə digər beynəlxalq aktyorların sərt güc mübarizəsinin meydanına çevrilər. Bunun nümunəsini Gürcüstan və Ukrayna yaşayıb və yaşayır.
2. Azərbaycanın Rusiyanın geosiyasi nüfuz dairəsinin birmənalı üzvünə çevrilmək. Bunun 200 illik acı tarixi təcrübəsini isə hamımız bilirik.
3. Qlobal, regional və Rusiya daxili balansları istifadə edərək strateji ağıl, milli şüur və təmkinlə məqsədimizə çatmaq. Bunu 3-cü Qarabag müharibəsində əsasən bacardıq. İndi qalır bunu bir daha etmək”.   /Yenisabah.az/

araz.az xəbər portalı.