azersujpg

“Hörmətli smart kart tipli sayğaclardan istifadə edən abonentlər!

Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. Bundan artıq ödənişlər depozit kimi abonentin hesabına köçür”.

araz.az  Mia.az-a istinadən xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı məlumat yayıb.

Onun sözlərinə görə, abonentlər sonradan yerli sukanal idarələrinə və ASAN Kommunal və ASAN Xidmət mərkəzlərinə müraciət etməklə həmin vəsaiti yeni tariflərlə kartlarına bərpa edə biləcəklər

araz.az xəbər portalı.