Bir-neçə ay bundan öncə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Seymur Orucov, rayonu dərindən tanımadığı kimi, kadr seçimində də səhvə yol verir.
Hiss olunur ki, onun səmimiyyətindən sui- istifadə olunur, gənc başçını aldadan, ona yanlış məlumat verən, özünün ona yaxn olması barədə şayə gəzməsinə şərait yaradan şəxslər var. Rayonda şayələr gəzir ki, (nə dərəcədə doğru olduğunu bilmirik) RİH-nin kadrlar şöbəsinin müdiri İlqar Hacıyev sui-istifadəçiliklə məşğuldur, bütün “işlər” onun əli ilə həyata keçirilir. RİH-nin həbsdə olan müavini Tatarovun kadrı hesab edilən İlqar Hacıyevin icra başçısı Seymur Orucovun qohumu olması da rayonda vurğulanır. O cümlədən İlqar Hacıyev və Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vüqar Tağıyev Ağstafanın rəhbərinə yanlış məlumat verən, rayonda talançılıqla məşğul olan idarə müdirlərini, Kənd İnzibati İcra nömayəndəliyi rəhbərlərini, bələdiyyə sədrlərini himayə edən şəxslər kimi danışılır. O da qeyd olunur ki, Seymur Orucovun Ağstafaya rəhbərliyi hələ ki, heç nəyi dəyişməyib. İslahat hesab etdikləri uzun müddət rayonda rüşvət alan kadrların yerdəyişməsidir. İlqar Hacıyevin “xeyir- duasını” alan kadrlardan bir neçəsinin başqa vəzifələrə keçirilməsinə gəlincə, bu Ağstafada insanların gözünə kül üfürmək hesab olunur. Tatarovdan qalma kadrların artıq “əməllərini” davam etdirmələri yaxşı hesab edilmir.
İcra başçısının son təyinatlarına da münasibət fərqlidir. Rayondakı mənbə bunun üstünü cızaraq söyləyir ki, RİH-də yüzlərlə qanuna zidd əməllərə rəvac vermiş, rüşvət və qanunsuzluq hallarında adları keçən şəxslər – Memar Sənan Mustafayev, Hümanitar məsələlər üzrə müavin Lalə Eyyubovanı Seymur Orucov vəzifələrindən kənarlaşdıra bilməyib. Digər müavin Aydın Hacıyevin qardaşının narkotik alverçisi olması onun vəzifəsindən kənarlaşdırılmasına səbəb olub. İcra başçısı Seymur Orucova yaxın şəxs olduğu iddia edilən İlqar Hacıyevin təqdimatına əsasən, keçmiş müavin Aydın Hacıyevin yerinə Kənan İbrahimov başçının müavini, Sosial-İqtisadi İnkişafın təhlili şöbəsinin müdiri təyin edilib. Kənan İbrahimovun 3 ay vəzifəsində çalışmasına baxmayaraq, noyabr ayında Seymur Orucov onu da vəzifəsindən kənarlaşdırıb. Məlumata görə, RİH-də uzun illər təhsil, səhiyyə. uşaq bağçalarını “ziyarət edən”, dövlət təşkilatlarına işə adam düzəldən Əziz Məsmalıyev Gənclər və İdman İdarəsinə, Gənclər və İdman İdarəsində ezamiyyə vərəqələrindən “ölü canlardan” müsabiqə və idman tədbirlərindən gəlir əldə edən Feruz Həsənov Statistika İdarəsinə, Mənzil Təsərrüfatı Birliyində 200-ə yaxın şəxsin məvacib kartını özündə saxlayan,” əməllərinə” qarşılıq keçmiş icra başçısı Məhərrəm Quliyev tərəfindən həbsə atılacağı ilə hədələnən (M.QuIiyevin sonradan H.Məmmədovu “təftiş” etdiyi bildirilir) Habil Məmmədov Ağstafa Suvarma Sistemləri İdarəsinə rəis təyin olunub. Suvarma Sistemləri İdarəsi rəisinin təmizlik işçisi ilə əvəzlənməsi suvarma sahəsində müsbət gözləntiləri heçə endirib, Seymur Orucovun kadr təyinatları rayonda heç də xoş təəssürat yaratmayıb. Bu hal isə rayon sakinləri və ziyalı təbəqədə arasında Seymur Orucov barəsində belə bir qənaət formalaşmasına səbəb olub.
Yazıda adları hallanan hər kəsin mövqeyini dinləyə bilərik.
Gundemxeber.Az
araz.az xəbər portalı.