hikmet e1603453332584

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfər edir.

araz.az  xəbər verir ki, o bu barədə öz Tvitter hesabında məlumat verib.

“Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyinin birgə göstərişi ilə diplomatik korpuslar – səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola düşmüşük”,-deyə H. Hacıyev qeyd edib.   /Bakupost/

araz.az xəbər portalı.