WhatsApp Image 2021 02 06 at 18.00.05

 
 Bəli, Azərbaycanda belə bir dövlət qurumu var. Biz jurnalistlər xatırlayırıq ki, özü də, adı Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik olan bu qurum 1997-ci ildə, Ulu Öndərin xeyir-duası ilə yaradıldı. Elə, o vaxtdan da, qısa adı ilə — Bərpa Agentliyi kimi yaddaşlardadır. Yarandığı gündən də, rəhbəri — Baş direktoru vəzifəsinə, Sovetlər dövrünün şinelindən çıxan və olduqca qapalı xarakterə malik Əli Məmmədov ad-soyadlı bir məmur təyin olundu. Elə, o vaxtdan da, Baş direktoru bu qurumun idarəçilik strukturunu öz xarakterinə uyğun formalaşdırdı. Bunun xoşagəlməz nəticəsidir ki, indiyədək, bu Agentliyin mərkəzi ofisinə gedib, hansısa bir məlumat əldə etmək mümkünsüzdür. Məhz bu səbəbdəndir ki, Agentliyin fəaliyyəti barədə, mətbuatda da, maraq doğura biləcək bir yazıya rast gəlmək olmur. Rəhbərinin özünün kimliyini, həyat və fəaliyyət yolunu, ən təcrübəli araşdırmaçı peşəkar jurnalistlər belə bilmirlər. 
Əslində isə, torpaqlarımız azad olunandan sonra, Azərbaycanın işğaldan azad olunmuş ərazilərini bərpa etmək, məcburi köçkünləri öz yurdlarına qaytarmaq, onların rahat həyat şəraitini təmin etmək üçün, kifayət qədər imkana malik Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik belə işləri yerinə yetirməyə hazır olmalı, ictimaiyyəti bununla bağlı rəsmi açıqlamaları ilə daha çox sevindirməliydi. Bu, hətta, Agentliyin özünün, bərpa işlərinə başlamazdan əvvəl beynəlxalq maliyyə institutlarının və təşkilatların, donor ölkələrin və Beynəlxalq qeyri-dövlət təşkilatlarının qəbul edə biləcəyi və zərər çəkmiş ərazilərin bərpası və yenidən qurulmasının strateji prinsiplərini əks etdirən “Bərpa Proqramı”nda da açıq-aydın göstərilib. Di gəl ki, rəhbərinin qəribə xarakteri cəmiyyəti bundan da məhrum edib.
Etibarlı mənbələrdən araz.az-a daxil olan məlumatlarda isə, Bərpa Agentliyinin və onun rəhbərinin ictimaiyyət üçün qaranlıq fəaliyyətləri barədə ciddi faktlar ortaya qoyulub. Həmin faktların dəqiqləşdirilməsi üçün ciddi araşdırmalar aparmağa ehtiyac olduğundan, dəyərli oxucularımızın diqqətinə çatdırırıq ki, deyilənlər barədə ətraflı yazıları bu yaxınlarda araz.az-da oxuya biləcəklər. Bu yerdə yalnız onu deməyi vacib bilirik ki, Bərpa Agentliyinin fəaliyyətini qaranlığa dirəyən Əli Məmmədovun adı da,  ictimaiyyətin yaxşı yöndən tanımadığı və külli miqdarda dövlət vəsaitini mənimsəməkdə günahkar hesab olunan yüksək vəzifəli oliqarx-məmurların bir neçəsi ilə qoşa hallanır. Bunlar, eləcə də onun daha çox Abid Şərifova, Ramiz Mehdiyevə, Rəsul Həmidova, İnam Kərimova… yaxınlığı, saysız-hesabsız qiymətli obyektlər və mülklər sahibi olduğu əldə etdiyimiz məlumatların əsasını təşkil edir.
Araşdırmalarımız davam edir, saytımızı izləyin.
 
araz.az xəbər portalının araşdırmalar mərkəzi.

araz.az xəbər portalı.