mesafe korona

Koronavirus pandemiyası zamanı qəbul olunmuş sosial məsafə qaydaları yoluxmanın qarşısının alınmasına təminat vermir.

araz.az-ın məlumatına görə, Kiprin Nikosiya Universitetini professorları Dimitris Drikakis və Talib Dbouk bu qənaətə gəlib.

Alimlər hesab edir ki, virusun yayılmasında hava amilləri, xüsusilə də külək böyük rol oynayır.

D.Drikakisin sözlərinə görə, 2 metrlik sosial məsafə qaydası yalnız tam küləksizlik şəraitində səmərəlidir. Bundan başqa, havanın temperaturu və rütubətlilik də virusun yayılmasında müəyyən rol oynayır.

Mütəxəssislər təklif edir ki, epidemioloji modellər araşdırılarkən iqlim şərtləri də hava yolu ilə yoluxma indeksinə daxil edilməlidir.     /Trend/

araz.az xəbər portalı.