bank kart

Bütün dünyada, əsasən də Avropa ölkələrində valideynlər övladlarının gələcəyini yaxşılaşdırmaq üçün onlar hələ uşaqkən adlarına bankara əmanət yerləşdirirlər. Digər əmanət növlərindən adətən daha yüksək faizlə və uzun müddətli qəbul edilən bu əmanət növü Azərbaycanda fəaliyyət göstərən hansı banklarda var?

Bununla bağlı Axar.az-ın bir neçə banka göndərdiyi sorğuların nəticəsini təqdim edirik:

Kapital Bank”da belə əmanət növü yoxdur.

AccessBank”da “uşaq əmanət” növü olmasa da, valideyn uşağı ilə birlikdə banka yaxınlaşaraq hər ikisinin adına əmanət aça bilər. Lakin uşaqların adına açılan həmin əmanətlər böyüklər üçün nəzərdə tutulan eyni şərtlərlə qəbul edilir. Yəni uşaqlar üçün xüsusi güzəştlər nəzərdə tutulmur.

Yello Bank”, “Beynəlxalq Bank” və “Bank of Baku”da da uşaq əmanəti yoxdur.

Rabitəbank”da isə “Uşaq yığım” əmanəti var. Həm milli valyuta, həm də ABŞ dolları ilə valideynlər minimal 100, maksimum 100 min AZN/USD məbləğində illik 5% manat, 0,5% dollar yerləşdirə bilərlər.

Əmanətin artırılması isə ayda bir dəfə minimum 100 manat/dollar, maksimum 1 000 manat/dollar ola bilər. Hesablanmış faizlər ildə bir dəfə əsas məbləğin üzərinə əlavə edilir və əlavə edilmiş məbləğə də faiz hesablanır. Müqaviləyə vaxtından əvvəl xitam verildikdə tamam olmuş il üçün hesablanmış faizlər cərimə tutulmadan ödənilir, natamam il üçün hesablanmış faizlər ödənilmir.

Məbləğin qismən çıxarılması zamanı isə faizlərin təkrar hesablanması məxaric edilən hissəyə aid edilir.

araz.az xəbər portalı.