Beyləqan rayonunda abadlıq-quruculuq işlərini zay edərək, dövlətin milyon manat vəsaitini mənimsəməkdə adı hallanan “Vaqif” firması və bu firmanın təsisçisi Qəhrəman Qəhrəmanov haqda ölkə mediasında çeşidli informasiyalar yer alıb. Bir vaxtlar Səhiyyə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin “tender kralı”, kimi “ad” çıxaran Qəhraman indi də Beyləqan rayonunda “bazarkom” Qəhrəman kimi ad qazanıb.
Kimdir, bu Qəhraman Qəhramanov? O, necə iş adamı olub?
Media üzərində apardığımız araşdırmalardan belə bəlli olur ki, adam bu imkanı qazanmaq üçün heç bir əziyyət çəkməyib, daim oğurluq, haram qazancla iş adamı olub. Deyilənlərə görə, o, səhiyyə naziri Oqtay Şirəliyevlə ailə qohumu olduqdan sonra bəxti üzünə gülüb. Və beləliklə də Oqtay Şirəliyev Qəhrəman Qəhrəmanova Nazirliyinin Əsaslı Tikinti İdarəsində irəli çəkib və xəstəxanaların təmirini ona həvalə edib. Belə ifadə etsək, O. Şirəliyev onu qanadı altına alıb. Artıq işlərinin rəvan getdiyini görən Qəhrəman az bir müddətdə 20 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş “Vaqif” firması MMC-ni yaradır. Və beləliklə də Səhiyyə Nazirliyinin keçirdiyi bir neçə milyonluq tenderləri udur.
Sirr deyil ki, səhiyyə sistemində əsas korrupsiya mənbələrindən biri də əsaslı tikinti və təmir sahəsidir. “Vaqif” firması illərdir Səhiyyə Nazirliyinin xəstəxanalarını, klinikalarını tikir, təmir edir. Bu yolla dövlətin milyon manatlarla vəsaitinin bir hissəsini təmir – tikinti adı altında rahat mənimsəyib. Gəlin, “Vaqif” firmasının 2013-2016-cı illərdə Tenderdə “qalib gəlib”, gördüyü işləri və bu işlər üçün ayrılan pulları nəzərdən keçirək:
Bakı şəhəri M.Ə Rəsulzadə qəsəbəsində yerləşən 6 saylı BXŞ-nın təmiri – 4830000.00 AZN
Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasınının təmiri – 13846234.00 AZN
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitunun təmiri-650000.00 AZN
Sumqayıt şəhər 1 saylı Xəstəxananın təmiri-9502478.00 AZN
Buzovna qəsəbəsi Respublika Uşaq Sanatoriyasının təmiri – 4738000.00 AZN
Nizami rayon 11 saylı BŞX-nın təmiri – 5066650.00 AZN
Yeni Yasamal massivində TTY və Uşaq Poliklinikasının tikintisi – 13400000.00 AZN
Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təmiri – 4476500.00 AZN
2019-cu ilin fevral ayının 13-də Prezident İlham Əliyev Beyləqana səfər etdi və geri qayıdandan sonra rayonun abadlaşdırılması üçün 1 milyon manat vəsait ayırdı. Rayonda quruculuq işləri üçün nəzərdə tutulmuş 1 milyon manat vəsait saxta tender nəticəsində Qəhrəman Qəhramanova məxsus olan “Vaqif” firması qalib elan edilib.
Bundan əlavə, Qəhrəman Qəhrəmanov rayonda işləyən icra başçılarının rüşvət yığan adamı kimi fəaliyyət göstərir. Rayonda rüşvətlə satılan vəzifələrin, torpağın və digər obyektlərin pulunu toplayır. O, rüşvət və korrupsiya ilə əldə etdiyi milyonlar hesabına Bakıda və rayonda bir neçə şəxsi mülklərə, obyektlərə sahibdir. Rayon əhalisi xəbər verir ki, Q. Qəhrəmanov belə şəxsi mülklərindən birini də hazırkı icra başçısı Asif Ağayevə bağışlayıb. Beyləqan bazarının ətrafında bir neçə ticarət obyekti var. Hər həftə mal bazarından və bazar ətrafındakı obyektlərdən 5 – 7 min manat pul qazanır və qazandığı pulun hesabatlarını gizlədərək, dövlətə vergi ödəməkdən yayınır.(milletinsesi.info)
“Q. Qəhrəmanovun gəlir mənbələrindən biri də dövlət fondu torpaqlarından saxta sənədlə 300 hektar sahəni mənimsəməsi və əldə etdiyi həmin ərazidə bir neçə min baş xırda buynuzlu qoyun sürüləri saxlaması və əldə etdiyi gəlirdən dövlətə vergi ödəməməsidir. Q. Qəhrəmanovun gəlir “imperiyası”nda qohum – qardaşlarının, bütün yaxın adamlarınn adlarına da xeyli qanunsuz torpaq sahəsi alaraq, həmin torpaqlardan da otlaq-örüş kimi istifadə etməsi faktı var. Fermalarda çalışan çobanların verdiyi məlumata görə, Qəhrəman Qəhrəmanov səhiyyə naziri O. Şirəliyevə məxsus olan qoyun sürülərini də rüşvət hesabına zəbt etdiyi dövlət fondu ərazilərində saxlatdırır. Hər il 2-3 min quzu əldə edir, hər birini 200 – 250 manatdan alverçilərə satır və bir neçə yüz min manat əldə edir.”
Hazırda Beyləqan rayonunda abadlaşma prosesi pul vəsaitinin çatışmazlığı üzündən dayanıb. Qəhraman Qəhramanov daha nə işlərlə məşğuldur? Deyilənlərə görə, onun rayonda məşğul olmadığı maxinasiya, rüşvətxorluq əməlləri yoxdur. Harada rüşvətxorluq, maliyyə fırıldağı varsa, Qəhrəman Qəhramanov o 7radadır. Q. Qəhramanov Beyləqan rayonunda mal bazarını oğlu Fərid Qəhramanovun adına keçirsə də, sahibi Qəhrəman özüdür. O da qeyd edilir ki, Q. Qəhramanov hər həftə bazara heyvan satmağa gələn şəxslərdən 5.000 min manat qədər pul yığır, yığılan bu qədər pulun müqabilində isə vergiyə az bir məbləğ ödəyir, vergi idarəsi də onun bu vergidən yayınma cinayətinə göz yumur.
Bu yazıda qeyd etdiklərimiz Q. Qəhrəmanovun rüşvətxorluq və korrupsiya yolu ilə əldə etdiyi qazancın çox cüzi bir hissəsidir.
Rayon əhalisi üçün çox maraqlıdır ki, Q. Qəhrəmanovun etdiyi bütün çirkin əməllər rayon prokurorluq işçilərinin gözü qarşısında baş verir və ölkə mətbuatında cidi cinayət əməlləri barədə faktlar dərc olunur, amma bu faktlar araşdırılmır, səbəb?!
Araşdırmamız davam edir.
RealMedia.az
araz.az xəbər portalı.