ermeni texnika3t

Azərbaycan İkinci Qarabağ müharibəsi ilə hərb tarixində ilkə imza atdı. Ənənəvi artilleriya hücumu ilə yanaşı, ilk dəfə İsrail və Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları – dronlardan istifadə etdi.

araz.az Report-a istinadən xəbər verir ki, bunu Almaniyanın nüfuzlu mütəxəssisi, hərbi ekspert Ulrike Franke deyib.

O, bildirib ki, Ermənistanla Azərbaycan arasında baş verən İkinci Qarabağ müharibəsi tarixdə dronla qazanılmış ilk müharibədir: “Ermənistan döyüşdə ənənəvi artilleriyadan istifadə etdi. Azərbaycan isə, bir ilkə imza atdı. Təbii ki, Ermənistan bunu heç gözləmirdi. Təsəvvür edin, artilleriya qurğularını bir yerə toplayırsınız, hücum etməyə hazırlaşarkən qəfil başınızın üstündə bir dron peyda olur. Bir atışla bütün texnika və şəxsi heyət məhv olur”.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan Ordusunun şəxsi heyətinin Şuşa şəhərini işğaldan azad etmə əməliyyatı da indiyə kimi bir çox hərbi ekspertləri təəccübləndirir.

“Bildiyiniz kimi, Şuşa olduqca strateji yerdə yerləşir, ərazi dağlıqdır. Şuşa əməliyyatı zamanı dumanlı hava dronların uçuşuna mane olmuşdu. Azərbaycan Ordusu xüsusi təyinatlılarının hesabına Şuşanı küçə döyüşü ilə geri aldı”, – hərbi ekspert vurğulayıb.

Ekspert bildirib ki, Almaniya “Avrodron”un hazırlanması ilə bağlı ilkin müzakirələri mart ayında Fransa, İtaliya və İspaniya müdafiə sənayesi nazirlərinin iştirakı ilə təşkil edəcək.

araz.az xəbər portalı.