Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.
araz.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin KamAZ markalı 20 hərbi avtomobili və onları müşayiət edən 5 avtomobildən ibarət ikinci kolonnası Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı çatdırıb. Kolonnanın marşrutu Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib.
Yardım çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/TEsVFPqazig’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.