Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən AzinTelekom MMC-nin rəhbərliyində təyinat olub.
araz.az Report-a istinadən xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Nazirin əmrinə əsasən Tağı Tağı-zadə “Azin Telekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
Qeyd edək ki, T.Tağı-zadə bu təyinatdan əvvəl Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzi MMC-nin direktoru olub.
Qeyd edək ki, 32 yaşlı T.Tağı-zadə 2018-ci ildən bu vəzifəni icra edir. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər İnnovasiyalar Mərkəzi MMC-nin direktor müavini olub.
araz.az xəbər portalı.