yangınf

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün səhər saatlarında məcburi köçkünlərin məskunlaşdığı “Şəfa” sanatoriyasında qeydə alınıb.

Belə ki, dörd mərtəbəli binanın çardaq hissəsində baş verən yanğın nazirliyin yanğınsöndürənlərinin operativ müdaxiləsi nəticəsində söndürülüb. Nəticədə mənzilin 15 kvadartmetr hissəsi yanıb.

Araşdırmalar zamanı mənzildə 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunun meyiti tapılıb, aidiyyəti üzrə təhvil verilib.  /Yenisabah.az/

araz.az xəbər portalı.