Emin Əmrullayev

“Ənənəvi tədris forması mərhələli şəkildə bərpa olunur”.

araz.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

“İlkin mərhələdə bölgələrdəki ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində təhsil alan şagirdlərimiz əyani formada dərslərdə iştirak edirlər”, – deyə nazir bildirib.

O qeyd edib ki, sosial məsafəni qorumaq, maska taxmaq və şəxsi gigiyena qaydalarına riayət etmək olduqca zəruridir.

araz.az xəbər portalı.