“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması və Böyük Qayıdış Gənclər Təşkilatının tərəfdaşlığı ilə, Qarabağ bölgəsindən olan gənclər üçün “De-Qayıdış” Debat Müsabiqəsi həyata keçiriləcək. Birliyin mətbuat xidmətindən araz.az-a daxil olan xəbərə görə,
Azərbaycan Gəncləri günü münasibəti ilə, 100-dən çox gəncin iştirakıyla fevralın 4-də keçirilən “De-Qayıdış” Debat Müsabiqəsinin açılış mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev, Milli Məclisin deputatları Ceyhun Məmmədov, Vüqar Bayramov, Şahin Seyidzadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Qarabağ qazisi Əhliyyət Mehdiyev çıxış ediblər.
Mərasimdə açılış nitqini edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova müsabiqənin məqsədinin Prezident İlham Əliyevin “Böyük Qayıdış başlayır” ifadəsinin gənclər tərəfindən dəstəklənməsi, Qarabağ həqiqətlərini dünyaya çatdırılması, beynəlxalq və yerli platformalarda gənclərin təmsil olunması üçün, Qarabağ gəncləri arasında natiqlik mədəniyyətini inkişaf etdirmək, onların, qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək olduğunu vurğulayıb.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclər siyasətinin əsasını qoymasını, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində sağlam düşüncəli, intellektual, vətənpərvər, milli ruhda olan Azərbaycan gəncliyinin formalaşmasına etdiyi çağırışları qeyd edib, debat təşkilatının gənclərin inkişafına oynadığı roldan danışıb. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev çıxışı zamanı Qarabağ bölgəsində natiqlik mədəniyyətinin yüksək olması, bu bölgənin yetişdirdiyi mütəfəkkirlərin tariximizdəki rolunu və Qarabağ gəncləri üçün keçirilən bu müsabiqənin onların natiqlik bacarıqlarının, Qarabağ haqqında biliklərinin artmasına şərait yaradacağını qeyd edib.
“Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Qarabağ qazisi Əhliyyət Mehdiyev Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan Böyük Qələbədə gənclərin rolundan və qəhrəmanlığından, həmçinin gənclərin milli ruhda inkişafı üçün debat layihələrinin həyata keçirilməsinin yüksək əhəmiyyətdən bəhs edib.
Mövzusu Qarabağa həsr olunan bu Müsabiqəyə Qarabağ bölgəsindən olan gənclər seçiləcək. Tədbir fevral-aprel aylarını əhatə edəcək. Seçilən 66 gənc üçün, peşəkar debat və natiqlik təlimləri, tərəfdaş və ekspertlərlə görüşlər və debatlar həyata keçiriləcək.
Debat müsabiqəsinin mərhələlərindən xəbərdar olmaq və qoşulmaq üçün, təşkilatın (DVC) Facebook və İnstagram səhifələrini izləyə bilərsiniz.
Əlaqə üçün bu ünvana müraciət etmək olar:“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi,
PR şöbəsi,
Mənsurə Məhərrəmova,
0558177436.
***
Запускается новый конкурс дебатов “De-Qayıdış” для молодежи Карабаха
Общественное объединение «Дебаты в гражданском обществе» в партнерстве с Министерством Молодежи и Спорта Азербайджанской Республики, азербайджанской общиной Нагорного Карабаха, Молодежной организацией «Великое возвращение» проведет конкурс дебатов «De-Qayıdış» для молодых людей из Карабахского региона.
4 февраля была проведена церемония презентации конкурса “De-Qayıdış” по случаю дня Моледежи Азербайджана, с участием более 100 молодых людей, приняли участие заместитель министра молодежи и спорта Азербайджанской Республики Интигам Бабаев, руководитель азербайджанской общины Нагорно-Карабахского региона Азербайджанской Республики Турал Гянджалиев, депутаты Милли Меджлиса Джейхун Мамедов, Вугар Байрамов, Шахин Сеидзаде, член правления Молодежной Организации “Великое возвращение” , ветеран Карабаха Ахлият Мехтиев.
Открывая мероприятие, председатель Общественного объединения “Дебаты в гражданском обществе” Ульвия Ахундова отметила, что целью конкурса является поддержка молодежью высказывание Президента Ильхама Алиева “начинается Великое возвращение”, донесение до мира карабахских реалий, развитие культуры ораторского искусства среди Карабахской молодежи для представления молодежи на международных и местных платформах, обеспечение их участия в процессах принятия решений, вопросах, имеющих общественную значимость.
В своём выступлении заместитель министра молодежи и спорта Интигам Бабаев подчеркнул, что Общенациональный лидер Гейдар Алиев заложил основы молодежной политики Азербайджана, призвал к формированию здравомыслящей, интеллектуальной, патриотической, национальной молодежи в молодежной политике, проводимой в настоящее время под руководством Президента Ильхама Алиева и, рассказал о роли, которую играет организация дебатов в развитии молодежи.
Руководитель азербайджанской общины Нагорно-Карабахского региона Азербайджанской Республики Турал Гянджалиев в своем выступлении отметил высокую культуру ораторского искусства в Карабахском регионе, роль мыслителей, воспитанных в этом регионе , а также отметил , что конкурс, проводимый для молодежи Карабаха создаст условия для повышения их ораторских навыков и знаний о Карабахе.
Член правления Молодежной Организации “Великое возвращение”, ветеран Карабаха Ахлият Мехтиев рассказал о героической роли молодежи в победе под руководством Верховного Главнокомандующего, а также о высоком значении реализации проектов дебатов для развития молодежи в национальном духе.
Следует отметить, что конкурс охватит февраль-апрель текущего года, тема будет посвящена Карабаху и в течении этих месяцев будет отобрана молодежь из Карабахского региона. Для отобранных 66 молодых людей, будут проведены профессиональные тренинги по дебатам и ораторскому искусству, встречи с партнерами и экспертами, и дебаты.
Для того, чтобы получить дополнительную информацию о следующих шагах конкурса, не забудьте отслеживать деятельность организации посредством социальных сетей.
Контакты:
Общественное объединение «Дебаты в гражданском обществе»,
PR-отдел,
Мансура Магеррамова,
0558177436.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.