330_3.jpg

İngiltərə ilə Rusiya arasında yaşanan casus böhranının getdikcə artmasının ardından ABŞ və bir çox Avropa ölkəsinin rusiysalı diplomatları deportasiya etməsi həddinə çatan böhran böyüyərkən iyun ayında Rusiyada keçiriləcək 2018 dünya kuboku üçün də təhlükəyə çevrilib.

Martın 15-də İngiltərənin baş naziri Tereza Mey keçmiş rus casusu Sergey Skripal ilə qızı Yulianın zəhərlənmə hadisəsində Rusiya dövlətinin günahkar olduğunu bildirərək dünya kubokuna diplomatik səviyyədə qatılmayacaqlarını bildirib.

Dünən baş verən diplomat böhranından sonra oxşar bəyanatlar edən ölkələrin sayı artmağa başlayıb.

Çempionat iştirakçılarından İslandiya Böyük Britaniya və Rusiya arasında baş verən casusluq böhranı səbəbiylə, dünya kubokunu diplomatik olaraq boykot edəcəyini açıqlayıb. Həmçinin İslandiya Rusiya ilə ikitərəfli münasibətlərini ən yüksək səviyyədə təxirə salıb.

Daha sonra Avstraliyanın xarici işlər naziri Julie Bishop da bəyanat verərək Rusiyadakı dünya kubokunu boykot edəcəklərini bildirib.

Dünya kubokuna qatılmayan Ukraynada isə kubokun yayım hüququnu alan “Ukraina” kanalının matçları translyasiyadan imtina etdiyini açıqlayıb. (PRESSDAY.az)

araz.az xəbər portalı.