“Ziya Məmmədov nəqliyyat naziri olduğu dövrdə yolların tikintisi və təmirinə 10,5 milyard manat xərclənib”.
Bu fikirləri Konkret.az-a açıqlamasında iqtisadçı lim Qubad İbadoğlu səsləndirib. İqtisadçı bildirib ki, Bakı-Quba-Rusiya dövlət sərhədi yolu 2008-ci ildə istifadəyə verilib. Bu yolun tikintisinə iki il ərzində büdcədən 545 milyon 287 min 800 manat, sonradan isə əlavə ayırmalar hesabına 1 milyard manata qədər vəsait xərclənib: “Zığ-Hövsan-Aeroport istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsinə 360,6 milyon manat (460 milyon dollar), metronun Gənclik stansiyasında tunel tikintisinə 2010-cu ildə 225 milyon, 2011-ci ildə 80 milyon manat, cəmi 305 milyon manat, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) “sərf edilib”.
Qubad İbadoğlu bildirib ki, Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, hər kilometr yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər vəsait xərclənir.
araz.az xəbər portalı.