Ermənistanın Azərbaycanla sərhədyanı Sünik vilayətinin rayonları barədə məlumat yazmaq üçün Milli Təhlükəsizlik Xidmətindən xüsusi icazə alınmalıdır.
Məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.
“KİV-in müdafiəçisi” təşkilatı bu qərarı azad sözün boğulması olaraq qiymətləndirib. Təşkilat bildirib ki, MTX söz azadlığını məhdudlaşdırmaqla Ermənistan vətəndaşlarının informasiya almaq kimi konstitusiya hüququndan məhrum edir. /Report/
araz.az xəbər portalı.