ramiz mehdiyev 1

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Milli Məclisin 15 deputatını məhkəməyə verib.  Kütləvi informasiya vasitələrində yayılan siyahıda deputatlar – Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzovun adları qeyd olunub.

Deputat Fəzail Ağamalı Modern.az-a açıqlamasında məsələdən xəbəri olmadığını söyləyib:

“Mənim məlumatım yoxdur. Heç bir bildiriş almamışam. Ola bilsin, diqqəti özünə çəkmək məqsədi daşıyan məlumatdır. Yaxud doğru da ola bilər. Gözləyək görək, doğru, yoxsa yalan xəbərdir. Əgər məhkəməyə verilsəm, Azərbaycan qanunvericiliyi çərçivəsində öz hərəkət və davranışlarımız olacaq”.

Deputat Məlahət İbrahimqızı isə xəbərin köhnə məlumat olduğunu qeyd  edib:
“Bu köhnə xəbərdir, yay aylarında məlumat yayılmışdı. İndi çevir tatu-vur tatu olmaz axı… Jurnalist mövzu tapmır götürüb, köhnə xəbəri yayır. Yayda münasibət bildirmişik, vəssalam”.

araz.az xəbər portalı.