erdogan 1

Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularındandır. Qardaş ölkə ilə güclü əməkdaşlığımız mövcuddur. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən faydalanmaq bizim üçün önəmlidir. Azərbaycan və Türkiyə arasında dərin tarixi, dini və mədəni bağlar var. Ümummilli lider Heydər Əliyev tərəfindən “bir millət, iki dövlət” olaraq ifadə edilən Türkiyə-Azərbaycan münasibətləri bu gün də dövlət başççılarımızın rəhbərliyi altında ümidlə davam edir. Azərbaycanla Türkiyə arasında əlaqələrin və qardaşlığımızın davam etməsində dövlət başçılarımızın töfhəsi böyükdür.

araz.az  Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qarsda keçirilən “Qış təlimi-2021” təlimlərində çıxışı zamanı söyləyib.

“Müharibə dövründə Türkiyə siyasətini nümayiş etdirdi və bizim yanımızda idi. Siyasi, mənəvi və diplomatik dəstəklərlə yanımızda oldu. Türkiyə bu duruşu ilə dünyaya bu mesajı verdi: Türkiyə Azərbaycanın yanındadır. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək işğal altındakı torpaqlarımızı azad etdik. Azərbaycan xalqı bunu çox qiymətləndirdi. Türkiyənin bizə verdiyi böyük dəstəkdən dolayı təşəkkürümü bildirmək istəyirəm”, – nazir vurğulayıb.

Z.Həsənov İkinci Qarabağ müharibəsində Türkiyə-Azərbaycan münasibətlərini daha da möhkəmləndiyini bildirib:

“Azərbaycan və Türkiyə hərbçiləri Azadlıq meydanında Zəfər paradında oldular. Bu tarixi gündə Azərbaycan xalqı da Türkiyə və Azərbaycan bayraqları ilə dəstəyini nümayiş etdirdi. Qış təlimlərimizin də uğurlu, xeyirli keçməsinə ümid edir və hamınızı təbrik edirəm. Əminəm ki, qardaşlığımız, birliyimiz, münasibətlərimiz belə davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.

araz.az xəbər portalı.