Artıq bir müddətdir ki, ölkədə koronavirusa qarşı peyvəndləmə prosesi başlayıb. Maraqlıdır, Milli Məclisin üzvlərindən kimlər vaksin vurdurub?
Axar.az-ın deputatlar arasında keçirdiyi sorğunu təqdim edirik:
Fəzail İbrahimli: Fevralın 8-də vaksin vurdurdum. Özümü yaxşı hiss edirəm. Səhhətimdə hansısa dəyişiklik və ya allergik reaksiya olmadı. Hər kəsə vaksinasiya prosesində iştirak etməyi tövsiyə edirəm.
Elman Məmmədov: Vaksinasiya prosesində hamı iştirak etməlidir. COVİD-19-la bağlı test prosesində olduğu kimi, vaksinasiya prosesi də Milli Məclisdə mütəşəkkil təşkil olunacaq. Bununla bağlı göstəriş verilən kimi hamımız vaksin vurduracağıq.
Elman Nəsirov: Hələlik 65 yaşdan yuxarı risk qrupları vaksinasiya edilir. Növbəti mərhələ deputatların da peyvənd vurması məsələsi aktuallaşacaq.
Asim Mollazadə: Yaşadığım ərazi üzrə poliklinika tərəfindən dəvət olundum və vaksin vurdurdum. Hansısa bir əks göstərici olmadı, səhhətim yaxşıdır. Hər kəsə tövsiyə edirəm ki, peyvənd olunsun.
Müşfiq Məmmədlinin köməkçisi Kamal Almuradlı: Həkim olduğu üçün ilk peyvənd vurulan şəxslərdən biri də Müşfiq Məmmədli olub. Peyvəndin ikinci dozası isə sabah vurulacaq. Səhhəti yaxşıdır, əks göstərici olmayıb.
araz.az xəbər portalı.