“Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli mövqeyi olmasaydı, Suriyanın şimalında PYD/YPG-nin terror dəhlizi yaradılacaqdı”
araz.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
“ABŞ artıq bu kimi həqiqətləri görməlidir. Türkiyənin milli təhlükəsizlik nöqtələrini bilməlidir. FETÖ məsələsində addım-addım irəliləyəcəyimizi düşünürəm. PYD/YPG və FETÖ ilə mübarizə bizim milli təhlükəsizlik məsələmizdir”, – Kalın bildirib. /konkret.az/
araz.az xəbər portalı.