koronavirus 8

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

araz.az bildirir ki, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231840 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226345 nəfər müalicə olunaraq sağalıb, 3173 nəfər vəfat edib, aktiv xəstə sayı 2322 nəfərdir.

Ölkədə son sutka ərzində 7260 hazırkı dövrədək isə 2485483  test aparılıb.

araz.az xəbər portalı.