WhatsApp Image 2021 02 12 at 17.53.09Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Şuradan araz.az-a daxil olan məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Pandemiya şərtləri nəzərə alınaraq, şikayətçilərin və şikayət olunanların onlayn qaydada dinlənilməsinə qərar verilib. WhatsApp Image 2021 02 12 at 17.52.50
Komissiya “Baku Medical Plaza” klinikalar şəbəkəsinin direktoru Pərviz Şükürovun  “atvaktual.az” və “xebertv.info” xəbər portallarına qarşı şikayətini araşdırıb. Şikayətçi saytda yayılan “Baku Medical Plaza” ilə bağlı şok iddia – “Qazi övladının meyidini girov saxlayıb” başlıqlı məqalədə klinika barədə dəqiqləşdirilməmiş, yanlış məlumatların əks olunduğunu, qarşı tərəfin rəyinin öyrənilmədiyini, beləliklə işgüzar nüfuzlarına xələl gətirildiyini bildirib. Xəbər portalının təmsilçiləri məqalənin başqa xəbər saytlarına istinadla yayımlandığını, buna görə faktların dəqiqləşdirilməsi üçün geniş araşdırma aparılmadığını bildiriblər. Komissiya müəyyən edib ki, saytların istinad etdikləri digər media resursları şikayət doğuran materialı öz səhifələrindən çıxarıblar. Qeyd edilənləri nəzərə alaraq, tərəflər məsələni qarşılıqlı anlaşma formasında həll etməyə qərar veriblər.  WhatsApp Image 2021 02 12 at 17.53.20
Komissiya “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndəsi İsmayıl Kəngərlinin Dünya İnformasiya Agentliyi (“DİA.az”) haqqında şikayətini də araşdırıb. Şikayətçi tərəf qeyd edib ki, “DİA.az” saytında ADY QSC haqqında silsilə matertiallar yayımlanıb, həmin materiallarda kəskin ittihamlar yer alsa da, QSC-nin mövqeyi öyrənilməyib, faktların dəqiqləşdirilməsi üçün təşəbbüs göstərilməyib. Komissiya müəyyən edib ki, şikayət doğurmuş yazılarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsipləri, o cümlədən balans prinsipi pozulub. Komissiya “DİA.az” saytına tövsiyyə edib ki, qarşı tərəfin söz haqqını tanısın, “KİV haqqında” Qanuna uyğun olaraq iradlara aydınlıq gətirilməsi üçün şərait yaratsın. WhatsApp Image 2021 02 12 at 17.53.20 1
Bərdə şəhər 7 nömrəli tam orta məktəbin direktoru Mehparə Mustafayeva “sheffaf.az” saytına qarşı şikayəti üzrə bildirilib ki, özünü saytın təmsilçisi kimi təqdim edən Namiq Qubadlı adlı şəxs M.Mustafayevaya zəng edərək şantajedici materiallara sahib olduğunu bildirib, onların ictimailəşdirilməməsi qarşılığında müəyyən ödəniş tələb edib. Komissiya bildirib ki, yalnız yayılmış materiallar əsasında şikayətlərə baxır. İndiki halda problemin araşdırılması hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Şikayətçiyə tövsiyə edilib ki, şikayətini hüquq-mühafizə orqanlarına yönəltsin. 
 
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.